https://sputnik.az/20231223/fitso-dunyadaki-butun-silahlar-ukraynaya-rusiyani-meglub-etmeye-komek-etmeyecek-461526394.html
Fitso: Dünyadakı bütün silahlar Ukraynaya Rusiyanı məğlub etməyə kömək etməyəcək
Fitso: Dünyadakı bütün silahlar Ukraynaya Rusiyanı məğlub etməyə kömək etməyəcək
Sputnik Azərbaycan
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq. 23.12.2023, Sputnik Azərbaycan
2023-12-23T22:05+0400
2023-12-23T22:05+0400
2023-12-23T22:05+0400
ukrayna
dünya xəbərləri
slovakiya
baş nazir
qərb
rusiya
nato
nato
silah
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454179628_0:232:2817:1817_1920x0_80_0_0_830d2560e89efdf2fad6885b8721802e.jpg
BAKI, 23 dekabr — Sputnik. Qərb dünyanın bütün silahlarını ona kömək üçün göndərsə belə, Ukrayna döyüş meydanında Rusiyaya qalib gələ bilməyəcək. Bu fikri “pravda.sk” saytına müsahibəsində Slovakiyanın Baş naziri Robert Fitso bildirib. Onun sözlərinə görə, nəhayət etiraf etməyin vaxtı çatıb ki, heç bir yardım, o cümlədən maliyyə yardımı Ukraynaya vəziyyəti hərbi cəhətdən öz xeyrinə çevirməyə kömək etməyəcək. “Biz özümüzə etiraf etməli və deməliyik: Ukraynanın vəziyyəti hərbi yolla döndərmək üçün kifayət qədər gücü yoxdur. O, heç bir əks-hücum etmək iqtidarında deyil. Dünyadakı bütün silahları, bütün pulları ora tökə bilərik. Amma Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq”, – siyasətçi buna əmindir. O əlavə edib ki, Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz. Fitso hesab edirki, 2023-cü və 2024-cü illərin qovşağında Moskva Ukrayna böhranının həlli üçün şərtləri diktə etməyə başlayacaq. Fitso daha əvvəl bəyan etmişdi ki, Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlamasına səbəb olacaq. Slovakiyanın baş naziri onu da qeyd edib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454179628_43:0:2774:2048_1920x0_80_0_0_c0210b0f517a15348210d8ffbba6cfab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ukrayna, slovakiya, baş nazir, qərb, rusiya, nato, nato, silah
ukrayna, slovakiya, baş nazir, qərb, rusiya, nato, nato, silah
Fitso: Dünyadakı bütün silahlar Ukraynaya Rusiyanı məğlub etməyə kömək etməyəcək
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq.
BAKI, 23 dekabr — Sputnik. Qərb dünyanın bütün silahlarını ona kömək üçün göndərsə belə, Ukrayna döyüş meydanında Rusiyaya qalib gələ bilməyəcək.
Bu fikri “pravda.sk” saytına müsahibəsində Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, nəhayət etiraf etməyin vaxtı çatıb ki, heç bir yardım, o cümlədən maliyyə yardımı Ukraynaya vəziyyəti hərbi cəhətdən öz xeyrinə çevirməyə kömək etməyəcək.
“Biz özümüzə etiraf etməli və deməliyik: Ukraynanın vəziyyəti hərbi yolla döndərmək üçün kifayət qədər gücü yoxdur. O, heç bir əks-hücum etmək iqtidarında deyil. Dünyadakı bütün silahları, bütün pulları ora tökə bilərik. Amma Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq”, – siyasətçi buna əmindir.
O əlavə edib ki, Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz. Fitso hesab edirki, 2023-cü və 2024-cü illərin qovşağında Moskva Ukrayna böhranının həlli üçün şərtləri diktə etməyə başlayacaq.
Fitso daha əvvəl bəyan etmişdi ki, Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlamasına səbəb olacaq. Slovakiyanın baş naziri onu da qeyd edib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir.