DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da 90 yaşlı qadın universitetdə magistr dərəcəsi alıb

© AFP 2023 / CHRISTIAN CHARISIUSYaşlı qadın, arxiv şəkli
Yaşlı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2023
Abunə olmaq
Təqaüdçü təhsilini tamamlanmış hesab etmədiyini və davam etdirmək istədiyini dilə gətirib.
BAKI, 23 dekabr — Sputnik. ABŞ-da 90 yaşlı Texas sakini Minni Peyn fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsi alıb.
Bu barədə Rusiya mediası "UPI"nın məlumatına istinadən xəbər verib.
1950-ci ildə orta məktəbi bitirdikdən sonra Minni Peyn qısa müddət ərzində kollecdə oxuduğunu və sonra təhsilini yarım qoyduğunu söyləyib. Lakin qadın 68 yaşında təqaüdə çıxanda təhsilini davam etdirmək istəyib.
Peyn Texasın Qadın Universitetinə daxil olur və burada üç jurnalistika kursu keçir.

"Mən həmişə sözlərlə işləmişəm və həmişə yazmağı süvmişəm. Mən daha da yaxşı olmağı istəmişəm", - deyə amerikalı qadın izah edib.

Minni ali təhsil diplomunu alsa da, bu onun üçün kifayət olmayıb. 90 yaşında o, fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsini müdafiə edir.
"Biz "ömür boyu təhsil almaq" terminindən istifadə edirik, lakin Minni bunu həqiqətən nümayiş etdirir. Onun əzmkarlığı təsir edicidir. Onun bu dərəcəni əldə etmək məqsədi olub", - deyə universitetdən bildirilib.
Təqaüdçü özü isə təhsilini tamamlanmış hesab etmədiyini bildirib.
"Mən təhsilimi davam etdirmək istəyirəm", - deyə o bildirib.
Xatırdaq ki, bu yaxınlarda Malayziyadan olan təqaüdçü 79 yaşında doktorluq dərəcəsi alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0