CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spiker: Xankəndindəki tədbirlər Qarabağ Azərbaycandır həqiqətini bir daha dünyaya çatdırdı

© Photo : Milli Mejlis Sahibə Qafarova, arxiv
 Sahibə Qafarova, arxiv - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Qarabağda bərpa-quruculuq işlərini əzmlə davam etdirir. Məcburi köçkün soydaşlarımız öz ata-baba yurduna dönürlər. Dünən Xankəndində baş tutan tədbirlər "Qarabağ Azərbaycandır" həqiqətini bir daha dünyaya çatdırır.
BAKI, 22 dekabr-Sputnik. “Son 30 ildə Azərbaycanın inkişafı yolunda ən böyük problem artıq keçmişdə qalıb. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğalına son qoyulub. Dövlətimizin ərazi bütövlüyü bərpa edilib”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, bütün bunların əldə edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dayanır. Prezidentin əzmi, cəsarəti sayəsində Azərbaycan sayılıb seçilən dövlətlər sırasına çıxıb.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan Qarabağda bərpa-quruculuq işlərini əzmlə davam etdirir. Məcburi köçkün soydaşlarımız öz ata-baba yurduna dönürlər. Dünən Xankəndində baş tutan tədbirlər Qarabağ Azərbaycandır həqiqətini bir daha dünyaya çatdırdı.

“İki gün sonra Prezident İlham Əliyevin doğum günüdür. Milli Məclis adından Prezidentə təbrik məktubu ünvanlayaq və ona yeni uğurlar arzulayaq”, - deyə spiker əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0