https://sputnik.az/20231222/socar-equinor-sirketinin-azerbaycandaki-paylarini-alib-461499793.html
SOCAR "Equinor" şirkətinin Azərbaycandakı paylarını alıb
SOCAR "Equinor" şirkətinin Azərbaycandakı paylarını alıb
Sputnik Azərbaycan
İştirak paylarının alqı satqısına qədər, "Equinor" AÇG neft yataqlarında 7,27 faiz, BTC boru kəmərində 8,71 faiz, "Qarabağ" yatağında isə 50 faiz iştirak... 22.12.2023, Sputnik Azərbaycan
2023-12-22T19:00+0400
2023-12-22T19:00+0400
2023-12-22T19:00+0400
azəri-çıraq-günəşli
neft-qaz
bakı-tbilisi-ceyhan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457988582_0:0:3072:1728_1920x0_80_0_0_658ede44e675a1ba83cbec514abb4fef.jpg
BAKI, 22 dekabr — Sputnik. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Norveçin "Equinor" şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. SOCAR-dan bildirilib ki, görüşdə SOCAR tərəfindən "Azəri-Çıraq-Günəşli" (AÇG), "Qarabağ" yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə "Equinor" şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb. Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, "Equinor" AÇG neft yataqlarında 7,27 faiz, BTC boru kəmərində 8,71 faiz, "Qarabağ" yatağında isə 50 faiz iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 faiz, BTC-də 25 faiz, "Qarabağ" yatağında isə 50 faiz təşkil edib. İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq. Görüşdə, həmçinin "Equinor" ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. AÇG-də BP (30,37 faiz), SOCAR (25 faiz), "MOL Group" (9,57 faiz) INPEX (9,31 faiz), "Equinor" (7,27 faiz), "ExxonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), "ONGC Videsh Limited" (OVL) (2,31 faiz) pay sahibidir. "Qarabağ" yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor" şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. "Xəzər dənizinin Azərbaycan sektorundakı "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti" (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR və "Equinor" şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50 faiz paya malikdir. "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neft və "Şahdəniz" yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur. BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457988582_65:0:2796:2048_1920x0_80_0_0_8a68388176a012f10ba5a23e30be36fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azəri-çıraq-günəşli, bakı-tbilisi-ceyhan
azəri-çıraq-günəşli, bakı-tbilisi-ceyhan
SOCAR "Equinor" şirkətinin Azərbaycandakı paylarını alıb
İştirak paylarının alqı satqısına qədər, "Equinor" AÇG neft yataqlarında 7,27 faiz, BTC boru kəmərində 8,71 faiz, "Qarabağ" yatağında isə 50 faiz iştirak payına malik olub.
BAKI, 22 dekabr — Sputnik. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Norveçin "Equinor" şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
SOCAR-dan bildirilib ki, görüşdə SOCAR tərəfindən "Azəri-Çıraq-Günəşli" (AÇG), "Qarabağ" yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə "Equinor" şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, "Equinor" AÇG neft yataqlarında 7,27 faiz, BTC boru kəmərində 8,71 faiz, "Qarabağ" yatağında isə 50 faiz iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 faiz, BTC-də 25 faiz, "Qarabağ" yatağında isə 50 faiz təşkil edib.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
Görüşdə, həmçinin "Equinor" ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 faiz), SOCAR (25 faiz), "MOL Group" (9,57 faiz) INPEX (9,31 faiz), "Equinor" (7,27 faiz), "ExxonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), "ONGC Videsh Limited" (OVL) (2,31 faiz) pay sahibidir.
"Qarabağ" yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor" şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib.
"Xəzər dənizinin Azərbaycan sektorundakı "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti" (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR və "Equinor" şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50 faiz paya malikdir.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neft və "Şahdəniz" yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur. BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.