https://sputnik.az/20231222/pasinyanin-a-ye-qefilden-mehebbeti-niye-alovlandi-461489356.html
Paşinyanın Aİİ-yə qəfildən məhəbbəti niyə alovlandı?
Paşinyanın Aİİ-yə qəfildən məhəbbəti niyə alovlandı?
Sputnik Azərbaycan
Politoloq qeyd edir ki, dekabrın 25-də Sankt-Peterburqda İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında sazişin... 22.12.2023, Sputnik Azərbaycan
2023-12-22T12:31+0400
2023-12-22T12:31+0400
2023-12-22T12:31+0400
siyasət
sülh
politoloq
ilqar vəlizadə
ermənistanın baş naziri nikol paşinyan
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_0:39:2723:1571_1920x0_80_0_0_9924bec2b5e920ce4c644c1b6170b456.jpg
BAKI, 22 dekabr — Sputnik. "Paşinyanın hətta Sankt-Peterburqdakı sammitə də getməsi mümkündür. Onun birdən-birə oyanmış borc hissi, Ermənistanın gələn ildən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sədri postunu tutması təsadüfi deyil". Bu barədə politoloq İlqar Vəlizadə fikirlərini bölüşüb Politoloq qeyd edir ki, dekabrın 25-də Sankt-Peterburqda İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında sazişin imzalanması gözlənilir. İlqar Vəlizadə bildirir ki, Ermənistan tərəfinin marağı İranla sərhəd mövqeyindən istifadə edərək Aİİ ilə cənub qonşusu arasında bir növ əsas "təmas zonası"na çevrilməkdir:Onun sözlərinə görə, İrəvan son vaxtlar Qərblə təmaslarını o qədər intensivləşdirib ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin nümayəndələri fevral ayında Ermənistana səfər edib, orada sərhəd təhlükəsizliyi baxımından əməkdaşlıq imkanlarını müzakirə ediblər:"Avropa İttifaqı isə bəyan edir ki, Ermənistanda kommunikasiyaların bərpasında maraqlıdır. Tehran öz sərhədində dost olmayan ölkələrin bu cür fəaliyyətindən narahat olmaya bilməz və İrəvanı regiondankənar dövlətlərlə deyil, regional ölkələri ilə məhsuldar münasibətlər qurmağa daha çox diqqət yetirməyə dəvət edir". Politoloq sual edir ki, bəs Ermənistanın hələ də blokadada olduğu bir şəraitdə İran üçün necə rabitəçi ola bilər? Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_229:0:2650:1816_1920x0_80_0_0_3950218d98f6855f1ba0d81588c7cd50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sülh, politoloq, ilqar vəlizadə, ermənistanın baş naziri nikol paşinyan, avropa ittifaqı
sülh, politoloq, ilqar vəlizadə, ermənistanın baş naziri nikol paşinyan, avropa ittifaqı
Paşinyanın Aİİ-yə qəfildən məhəbbəti niyə alovlandı?
Politoloq qeyd edir ki, dekabrın 25-də Sankt-Peterburqda İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında sazişin imzalanması gözlənilir.
BAKI, 22 dekabr — Sputnik. "Paşinyanın hətta Sankt-Peterburqdakı sammitə də getməsi mümkündür. Onun birdən-birə oyanmış borc hissi, Ermənistanın gələn ildən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sədri postunu tutması təsadüfi deyil". Bu barədə politoloq İlqar Vəlizadə fikirlərini bölüşüb
Politoloq qeyd edir ki, dekabrın 25-də Sankt-Peterburqda İranla Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında sazişin imzalanması gözlənilir.
İlqar Vəlizadə bildirir ki, Ermənistan tərəfinin marağı İranla sərhəd mövqeyindən istifadə edərək Aİİ ilə cənub qonşusu arasında bir növ əsas "təmas zonası"na çevrilməkdir:
"Dekabrın 20-də Ermənistanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı da məhz bununla bağlıdır. İran region ölkələri ilə əlaqələrin artırılması, eləcə də regiondankənar oyunçuların Cənubi Qafqazdakı proseslərə təsirinin azaldılması baxımından israr edir ki, Ermənistan "3+3" formatının gündəliyində fəal iştirak etsin".
Onun sözlərinə görə, İrəvan son vaxtlar Qərblə təmaslarını o qədər intensivləşdirib ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin nümayəndələri fevral ayında Ermənistana səfər edib, orada sərhəd təhlükəsizliyi baxımından əməkdaşlıq imkanlarını müzakirə ediblər:
"Avropa İttifaqı isə bəyan edir ki, Ermənistanda kommunikasiyaların bərpasında maraqlıdır. Tehran öz sərhədində dost olmayan ölkələrin bu cür fəaliyyətindən narahat olmaya bilməz və İrəvanı regiondankənar dövlətlərlə deyil, regional ölkələri ilə məhsuldar münasibətlər qurmağa daha çox diqqət yetirməyə dəvət edir".
Politoloq sual edir ki, bəs Ermənistanın hələ də blokadada olduğu bir şəraitdə İran üçün necə rabitəçi ola bilər?
""Sülh kəsişməsi" piardan başqa bir şey deyil. İran bunu yaxşı başa düşür. Ona görə də Tehran üçün Rəşt-Astara dəmir yolu və Zəngəzur dəhlizinin İran hissəsi bu gün Aİİ ilə əlaqəni artırmaq baxımından daha üstün görünür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.