https://sputnik.az/20231222/gelen-ilden-ucqar-dag-kendlerinin-azsagirdli-mekteblerini-baglamaga-baslayacaqlar-461461793.html
Gələn ildən ucqar dağ kəndlərinin azşagirdli məktəblərini bağlamağa başlayacaqlar
Gələn ildən ucqar dağ kəndlərinin azşagirdli məktəblərini bağlamağa başlayacaqlar
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, bu məktəbin bağlanması müəllimlərin işsiz, uşaqların isə təhsilsiz qalmasına səbəb olacaq. 22.12.2023, Sputnik Azərbaycan
2023-12-22T10:00+0400
2023-12-22T10:00+0400
2023-12-22T10:00+0400
laza
təhsil
məktəb
ucqar dağ kəndləri
müəllim
qış
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0f/445035001_5:0:2186:1227_1920x0_80_0_0_107b4471e000c4220fe284744bdba10d.jpg
BAKI, 22 dekabr — Sputnik. 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Bunu mətbuata açıqlamasında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir". Bəs görəsən, məktəblərin optimallaşdırılması ilə bağlı tədbirlər hansı məktəblərə şamil olunacaq? Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, məktəblərin optimallaşdırılması ilə bağlı məsələ 2024-cü ilin fəaliyyət planında nəzərdə tutulur. "Məsələyə baxılması, araşdırılması və icrası, təbii ki, müəyyən zaman tələb edən məsələdir. Hansı məktəblərə şamil ediləcəyi ilə bağlı müvafiq qərarları isə 2024–cü ildə aparılacaq təhlil sonrasında demək mümkün olacaq", - nazirlikdən bildirilib. Təhsil eksperti Ramin Nurəliyev Sputnik Azərbaycan-a bildirib ki, bölgələrdə elə məktəblər var, orada şagird sayı azdır. Həmin məktəblərin birləşdirilməsi nəzərdə tutulur. Həmçinin tam orta təhsili təmin etmək üçün ümumi orta məktəblərin tam orta təhsil məktəblərinə çevrilməsi nəzərdə tutulur. Belə məktəblərin optimallaşdırılması üzərində iş aparılır. Bununla belə R.Nurəliyev bir məktəbin bağlanmasının bir neçə müəllimin işsiz qalmasına səbəb olacağını söyləyir. "Burada müəllim faktoru da üzə çıxır. Beş şagirdi olan məktəbin bağlanması ən azı iki müəllimin işsiz qalması deməkdir. Ona görə də məktəblər bağlanarkən həmin müəllimlərin yerləşdirilməsi nəzərdə saxlanılmalıdır". Ekspert onu da bildirdi ki, ucqar dağ kəndlərində məktəblərin hələ sovet dövründən fəaliyyət göstərməsinin əsas səbəbi ən ucqar nöqtədə yaşayan əhalinin təhsilə əlçatanlığını təmin etmək olub: "Nazirlik şagird sayı az olan məktəbləri bağlasa, həmin şagirdlər yaxın kəndlərdəki məktəblərdə oxumalı olacaqlar. Bu isə qışı sərt keçən yaşayış məntəqələrində yaşayanlar üçün çətindir. Hətta gediş haqqı və avtomobillə təmin olunsalar belə, elə kəndlər var ki, orada qış aylarında gediş-gəliş çətinləşir. Çox az valideyn təhlükəni gözə alıb övladını başqa məktəbə təhsil almağa göndərəcək. Bu isə ucqar dağ kəndlərində uşaqların təhsildən kənar qalmasına səbəb ola bilər. Ona görə də, məktəblər optimallaşdırılarkən bu məqamlar nəzərə alınmalıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0f/445035001_277:0:1913:1227_1920x0_80_0_0_5a9723ae672c624c27b1e2a9a17293b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
laza, məktəb, ucqar dağ kəndləri, müəllim, qış, elm və təhsil nazirliyi
laza, məktəb, ucqar dağ kəndləri, müəllim, qış, elm və təhsil nazirliyi
Gələn ildən ucqar dağ kəndlərinin azşagirdli məktəblərini bağlamağa başlayacaqlar
Ekspert hesab edir ki, bu məktəbin bağlanması müəllimlərin işsiz, uşaqların isə təhsilsiz qalmasına səbəb olacaq.
BAKI, 22 dekabr — Sputnik. 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.
Bunu mətbuata açıqlamasında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.
O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".
Bəs görəsən, məktəblərin optimallaşdırılması ilə bağlı tədbirlər hansı məktəblərə şamil olunacaq?
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, məktəblərin optimallaşdırılması ilə bağlı məsələ 2024-cü ilin fəaliyyət planında nəzərdə tutulur.
"Məsələyə baxılması, araşdırılması və icrası, təbii ki, müəyyən zaman tələb edən məsələdir. Hansı məktəblərə şamil ediləcəyi ilə bağlı müvafiq qərarları isə 2024–cü ildə aparılacaq təhlil sonrasında demək mümkün olacaq", - nazirlikdən bildirilib.
Təhsil eksperti Ramin Nurəliyev Sputnik Azərbaycan-a bildirib ki, bölgələrdə elə məktəblər var, orada şagird sayı azdır. Həmin məktəblərin birləşdirilməsi nəzərdə tutulur. Həmçinin tam orta təhsili təmin etmək üçün ümumi orta məktəblərin tam orta təhsil məktəblərinə çevrilməsi nəzərdə tutulur. Belə məktəblərin optimallaşdırılması üzərində iş aparılır.
Bununla belə R.Nurəliyev bir məktəbin bağlanmasının bir neçə müəllimin işsiz qalmasına səbəb olacağını söyləyir.
"Burada müəllim faktoru da üzə çıxır. Beş şagirdi olan məktəbin bağlanması ən azı iki müəllimin işsiz qalması deməkdir. Ona görə də məktəblər bağlanarkən həmin müəllimlərin yerləşdirilməsi nəzərdə saxlanılmalıdır".
Ekspert onu da bildirdi ki, ucqar dağ kəndlərində məktəblərin hələ sovet dövründən fəaliyyət göstərməsinin əsas səbəbi ən ucqar nöqtədə yaşayan əhalinin təhsilə əlçatanlığını təmin etmək olub:
"Nazirlik şagird sayı az olan məktəbləri bağlasa, həmin şagirdlər yaxın kəndlərdəki məktəblərdə oxumalı olacaqlar. Bu isə qışı sərt keçən yaşayış məntəqələrində yaşayanlar üçün çətindir. Hətta gediş haqqı və avtomobillə təmin olunsalar belə, elə kəndlər var ki, orada qış aylarında gediş-gəliş çətinləşir. Çox az valideyn təhlükəni gözə alıb övladını başqa məktəbə təhsil almağa göndərəcək. Bu isə ucqar dağ kəndlərində uşaqların təhsildən kənar qalmasına səbəb ola bilər. Ona görə də, məktəblər optimallaşdırılarkən bu məqamlar nəzərə alınmalıdır".