CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Vətəndaşların böyrəklərini, qaraciyərini satması barədə elanlar qarşıma çıxır"

© AFP 2024 / PIERRE-PHILIPPE MARCOUOrqan köçürülməsi əməliyyatı, arxiv
Orqan köçürülməsi əməliyyatı, arxiv - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumların araşdırma aparmasını və Milli Məclisə yazılı məlumat verilməlidir.
BAKI, 22 dekabr - Sputnik. "Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə böyrək və qaraciyər alıram yazılır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat deyib ki, hətta avtobus dayancaqlarında da bu elanlar var:

“Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikinci isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu sevindiricidir. Amma bu elanlara laqeyd yanaşmaq olmaz”.

© SputnikRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Razi Nurullayev
Deputat məsələ ilə bağlı əlaqədar orqanlara müraciət də edib:
“O vətəndaşları dəvət edin, araşdırın ki, onlar niyə daxili orqanlarını satmaq istəyir? Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, altı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm".
"Bu məsələ ilə bağlı aidiyyatı qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini xahiş edirəm", - deyə deputat əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0