https://sputnik.az/20231222/cin-hakimiyyeti-onlayn-oyunlar-sahesinde-tenzimlemenin-sertlesdirilmesini-teklif-edib-461481941.html
Çin hakimiyyəti onlayn oyunlar sahəsində tənzimləmənin sərtləşdirilməsini təklif edib
Çin hakimiyyəti onlayn oyunlar sahəsində tənzimləmənin sərtləşdirilməsini təklif edib
Sputnik Azərbaycan
Yeni qanuna əsasən, onlayn oyunların məzmunu konstitusiyanın əsas prinsipləri ilə ziddiyyət təşkil etməməli, milli birliyə, suverenliyə və ərazi bütövlüyünə... 22.12.2023, Sputnik Azərbaycan
2023-12-22T13:48+0400
2023-12-22T13:48+0400
2023-12-22T13:48+0400
dünya xəbərləri
çin
kompüter
oyun
https://cdnn1.img.sputnik.az/img/41864/54/418645472_0:0:3077:1731_1920x0_80_0_0_970d5b575cff72cd81b8f8b2c3bffd3f.jpg
BAKI, 22 dekabr - Sputnik. Çinin Dövlət Mətbuat İdarəsi onlayn oyun sənayesini tənzimləyən və oyunçuların xərcləmələri və mükafatların alınması ilə bağlı ciddi qaydaların tətbiqini təklif edən qanun layihəsini ictimai müzakirəyə təqdim edib. Bu barədə RİA Novosti xəbər yayıb.Sənəddə izah olunur ki, müvafiq qanun layihəsi onlayn oyun sənayesində tənzimləmənin gücləndirilməsi, habelə istifadəçilərin qanuni hüquq və mənafelərinin müdafiəsi, “yetkinlik yaşına çatmayanların fiziki və psixoloji sağlamlığının qorunması” məqsədi ilə hazırlanıb.Qanun layihəsində, xüsusilə, onlayn oyun yayımçılarının məzmunun özünüqiymətləndirməsi sisteminin tətbiqi, habelə nəşriyyat və digər fəaliyyətlərin dövlət standartlarına və qaydalarına uyğun olaraq özünüqiymətləndirmə və tənzimlənməsinin gücləndirilməsi təklif edilir.Tənzimləyici qurum qeyd edir ki, şirkətlər əlavə olaraq məzmunlarının qanuniliyini və keyfiyyətini təmin etməlidirlər.Qanun layihəsi onlayn oyun istehsalçılarına məcburi döyüşləri oyunlara daxil etməyi qadağan edir. Nəşriyyatçılara ilk girişləri və ya gündəlik daxil olmaları və hesabın davamlı doldurulması üçün istifadəçilərə mükafat vermək qadağan ediləcək. “Bütün onlayn oyunlar istifadəçilərin hesablarını necə doldura və xidmət şərtlərində müvafiq izahatlar verə biləcəyinə dair məhdudiyyətlər qoymalıdır. İstehlakçıların irrasional davranışları ilə bağlı pop-up xəbərdarlıqları edilməlidir”, - deyə sənəddə bildirilir.Bundan əlavə, oyun istehsalçıları yetkinlik yaşına çatmayanların oynadığı onlayn oyunların müddətinə ciddi nəzarət etməli və yetkinlik yaşına çatmayanlara asılılıq yaradan və ya yaşına uyğun olmayan məzmunlu oyunları oynamağı qadağan etməlidir.İstehsalçılar həmçinin yetkinlik yaşına çatmayanlara pullu xidmətlərin göstərilməsini məhdudlaşdırmalıdırlar. Həmçinin, azyaşlılara canlı yayımlara (strim) görə mükafat vermək qadağan ediləcək.Qanun layihəsi 2024-cü il yanvarın 22-dək ictimai müzakirəyə çıxarılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41864/54/418645472_204:0:2935:2048_1920x0_80_0_0_a108c4c72f8fd8692d854f5482ffe7b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, kompüter, oyun
Çin hakimiyyəti onlayn oyunlar sahəsində tənzimləmənin sərtləşdirilməsini təklif edib
Yeni qanuna əsasən, onlayn oyunların məzmunu konstitusiyanın əsas prinsipləri ilə ziddiyyət təşkil etməməli, milli birliyə, suverenliyə və ərazi bütövlüyünə təhlükə törətməməli, dövlət sirrini açmamalı, ədəbsizliyi təbliğ etməməli, pornoqrafiya və s. yaymamalıdır.
BAKI, 22 dekabr - Sputnik. Çinin Dövlət Mətbuat İdarəsi onlayn oyun sənayesini tənzimləyən və oyunçuların xərcləmələri və mükafatların alınması ilə bağlı ciddi qaydaların tətbiqini təklif edən qanun layihəsini ictimai müzakirəyə təqdim edib. Bu barədə RİA Novosti xəbər yayıb.
Sənəddə izah olunur ki, müvafiq qanun layihəsi onlayn oyun sənayesində tənzimləmənin gücləndirilməsi, habelə istifadəçilərin qanuni hüquq və mənafelərinin müdafiəsi, “yetkinlik yaşına çatmayanların fiziki və psixoloji sağlamlığının qorunması” məqsədi ilə hazırlanıb.
Qanun layihəsində, xüsusilə, onlayn oyun yayımçılarının məzmunun özünüqiymətləndirməsi sisteminin tətbiqi, habelə nəşriyyat və digər fəaliyyətlərin dövlət standartlarına və qaydalarına uyğun olaraq özünüqiymətləndirmə və tənzimlənməsinin gücləndirilməsi təklif edilir.
Tənzimləyici qurum qeyd edir ki, şirkətlər əlavə olaraq məzmunlarının qanuniliyini və keyfiyyətini təmin etməlidirlər.
O da bildirilir ki, onlayn oyunların məzmunu konstitusiyanın əsas prinsipləri ilə ziddiyyət təşkil etməməli, milli birliyə, suverenliyə və ərazi bütövlüyünə təhlükə törətməməli, dövlət sirrini açmamalı, milli təhlükəsizliyə xələl gətirməməli, dövlətin nüfuzuna və mənafeyinə xələl gətirməməli, milli ədavəti qızışdırmalı, şayiələr, ədəbsizliyi təbliğ etməməli, pornoqrafiya və s. yaymamalıdır.
Qanun layihəsi onlayn oyun istehsalçılarına məcburi döyüşləri oyunlara daxil etməyi qadağan edir. Nəşriyyatçılara ilk girişləri və ya gündəlik daxil olmaları və hesabın davamlı doldurulması üçün istifadəçilərə mükafat vermək qadağan ediləcək.
“Bütün onlayn oyunlar istifadəçilərin hesablarını necə doldura və xidmət şərtlərində müvafiq izahatlar verə biləcəyinə dair məhdudiyyətlər qoymalıdır. İstehlakçıların irrasional davranışları ilə bağlı pop-up xəbərdarlıqları edilməlidir”, - deyə sənəddə bildirilir.
Bundan əlavə, oyun istehsalçıları yetkinlik yaşına çatmayanların oynadığı onlayn oyunların müddətinə ciddi nəzarət etməli və yetkinlik yaşına çatmayanlara asılılıq yaradan və ya yaşına uyğun olmayan məzmunlu oyunları oynamağı qadağan etməlidir.
İstehsalçılar həmçinin yetkinlik yaşına çatmayanlara pullu xidmətlərin göstərilməsini məhdudlaşdırmalıdırlar. Həmçinin, azyaşlılara canlı yayımlara (strim) görə mükafat vermək qadağan ediləcək.
Qanun layihəsi 2024-cü il yanvarın 22-dək ictimai müzakirəyə çıxarılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.