Bu sövdələşmələr ABŞ-a Rusiyaya qarşı plasdarm yaratmağa imkan verir - Politico

© AP Photo / Alex BabenkoUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Müdafiə sahəsində yeni çoxillik əməkdaşlıq müqavilələri ABŞ qüvvələrinə fövqəladə vəziyyət zamanı qoşun və texnikanı sürətlə yerləşdirməyə imkan verəcək.
BAKI, 22 dekabr — Sputnik. ABŞ Şimali avropa regionun altı ölkəsi - Danimarka, Finlandiya, İsveç, Estoniya, LatviyaLitva ilə Rusiyaya qarşı plasdarm kimi istifadə etmək üçün imzalanmış sazişlər nəticəsində qoşun yeritməyi sürətləndirəcək. Bu barədə "Politico" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqtonun bu dövlətlərlə bağladığı müdafiə sazişləri son iki ildə NATO-da baş vermiş ciddi dəyişikliyə işarədir. Üzv ölkələr Ukraynaya silah göndərdikdən sonra öz arsenallarını artırmağa çalışır, Moskva ilə qarşıdurma mərhələsində yeni hərbi əməliyyatlara hazırlaşırlar.
Müdafiə sahəsində yeni çoxillik əməkdaşlıq müqavilələri ABŞ qüvvələrinə fövqəladə vəziyyət zamanı qoşun və texnikanı sürətlə yerləşdirməyə imkan verəcək. Nəşr Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı Çarli Salonius-Pasternakdan sitat gətirib. O bildirir ki, sövdələşmələr ABŞ üçün bütün regionun bir müdafiə plasdarmı olduğunu bəyan etməyə imkan verir.

"İndi planlaşdırma, təlimlər və çəkindirmə əməliyyatlarında hər şeyi danışmaqdansa, rasional şəkildə etmək olar", - deyə ekspert bildirir.

Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya proqramının direktoru Maks Berqmann deyib ki, bütün bu razılaşmaların arxasında duran əsas hərəkətverici qüvvə Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıqlar və ABŞ-ın şərqə, xüsusən də Finlandiyaya daha çox qüvvələrin göndərilməsi zərurətidir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ və Finlandiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma Şimali Avropaya nəzarətin Vaşinqtona keçdiyini göstərir.

"Baxmayaraq ki, İsveç hələ alyansa qoşulmayıb, ancaq NATO dövlətləri tərəfindən hər iki ölkənin ərazilərində sürətli hərbi inkişaf var", - diplomat bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0