Bu gün hansı əlamətdar hadisələr baş verib: 22 dekabr
18:00 22.12.2023 (Yenilənib: 18:13 22.12.2023)
© Sputnik / Elnur Salayev22 dekabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Dünyada və ölkədə müxtəlif illərdə bu gün hansı hadisələr baş verib – bu barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 22 dekabr — Sputnik. Dekabrın 22-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün, həm də tarixə düşən hadisələr də baş verib.
22 dekabrda kim anadan olub?
Nəsir İmanquliyev (1911-1998) — Azərbaycan jurnalisti, alimi. O, Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrlarının hazırlanmasına böyük töhfələr verib.
Mehdi Hüseynzadə (1918-1944) - Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən Müharibəsi iştirakçısı. 1942-ci ilin avqustunda ağır yaralı vəziyyətdə əsir götürülüb. 1944-cü ilin əvvəlində bir qrup yoldaşı ilə əsir düşərgəsindən qaçıb. Yuqoslaviya və Şimali İtaliyada Müqavimət hərəkatında iştirak edib. O, Mixailo təxəllüsü ilə tanınırdı. 1944-cü il noyabrın 2-də vəfat edib. Hüseynzadənin doğulduğu Bakı şəhərində onun abidəsi ucaldılıb.
© Sputnik / Murad OrujovMehdi Hüseynzadənin abidəsi, arxiv
Mehdi Hüseynzadənin abidəsi, arxiv
Həsən Seyidbəyli (1920 - 1980) - Azərbaycan yazıçısı, dramaturqu, kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti. "Uzaq sahillərdə" (İmran Qasımovla birlikdə), "Cəbhədən cəbhəyə" romanlarının, eləcə də bir sıra pyeslərin və film ssenarilərinin müəllifidir.
22 dekabrda dünyada baş verən tarixi hadisələr
1857-ci ildə Rusiya imperiyasında ilk poçt markası buraxılıb. Onun tirajı üç milyon nüsxə, qiyməti isə 10 qəpik idi.
1919-cu ildə parlamentdə Azərbaycan Demokratik Respublikasının sonuncu, beşinci hökumət kabineti təsdiq edilib. Əvvəlki, 4-cü kabinet 1919-cu il martın 14-də formalaşmışdı.
1920-ci ildə VIII Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın elektrikləşdirilməsi üzrə Dövlət Planını qəbul edib.
1976-cı ildə SSRİ-də İl-86 sərnişin təyyarəsinin ilk uçuşu baş tutub. O, ilk və ən populyar sovet geniş gövdəli sərnişin təyyarəsi olub.
1989-cu ildə Berlində keçid üçün nəzərdə tutulan Brandenburq Qapıları açılıb. 28 il müddətində Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı sərhəd bu qapıdan keçib.
2006-cı ildə Azərbaycanda "Dərman vasitələri haqqında" qanun qəbul edilib.
2009-cu ildə Cənubi Qafqazda və Azərbaycanda ilk texnopark olan Sumqayıt Texnologiyalar Parkının (STP) açılış mərasimi olub. STP məhsullarına elektrik avadanlıqları, kabellər, dəzgahlar, polimer məmulatlar, polad, sendviç panellər, havalandırma sistemləri, PVC pəncərələr, texniki seyflər, günəş panelləri, POS terminallar daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.