https://sputnik.az/20231222/aviasiya-haqqinda-yeni-qanun-layihesi-qebul-edildi-461487751.html
“Aviasiya haqqında” yeni qanun layihəsi qəbul edildi
“Aviasiya haqqında” yeni qanun layihəsi qəbul edildi
Sputnik Azərbaycan
Deputat keçən müddət ərzində aviasiya sahəsində texnoloji yeniliklərin tətbiq edildiyini və bu sahənin tənzimlənməsinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni... 22.12.2023, Sputnik Azərbaycan
2023-12-22T11:50+0400
2023-12-22T11:50+0400
2023-12-22T11:50+0400
cəmiyyət
qanun
aviasiya
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_0:63:1200:738_1920x0_80_0_0_d63e608f44443e1a129732ed4664346a.jpg
BAKI, 22 dekabr - Sputnik. Milli Məclisin iclasında “Aviasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olduğunu deyib. O, hazırda 2005-ci ildə qəbul edilən “Aviasiya haqqında” qanunun qüvvədə olduğunu qeyd edib. Keçən müddət ərzində aviasiya sahəsində texnoloji yeniliklərin tətbiq edildiyini və bu sahənin tənzimlənməsinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni qanunun qəbul edilməsinə ehtiyac olduğunu söyləyib. Bildirilib ki, 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.Diqqətə çatdırılıb ki, sənəddə Azərbaycan Respublikasında aviasiya - mülki, dövlət və eksperimental aviasiyaya bölünür. Mülki və eksperimental aviasiyaya aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət aviasiyasına aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr, habelə hava hərəkətinin təşkili sisteminin obyektləri dövlət mülkiyyətidir. Qeyd olunur ki, aviasiya sahəsində dövlət tənzimləməsinin məqsədi aviasiyada təhlükəsizliyin, bu sahədə görülən işlərin və göstərilən xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsidir. Qeyd edilib ki, layihədə uçuşların təhlükəsizliyini və aviasiya təhlükəsizliyini təmin etmək, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramlarını qəbul etmək, hava hərəkətinə xidmət göstərilməsini, aviasiyada telekommunikasiya və informasiya xidmətini təmin etmək, hava limanlarının, aerodromların, aviasiya təşkilatlarının fəaliyyətini, hava hərəkətinə xidmət sistemini tənzimləmək və bu fəaliyyətə nəzarəti həyata keçirmək, mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri, aviasiya avadanlıqlarını və vasitələrini sertifikatlaşdırmaq, aviasiya hadisələrini və insidentlərini araşdırmaq, onların qarşısını almaq, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərini görmək, aviasiya hadisələri və insidentlərinin məlumat bazasını formalaşdırmaq və bir sıra digər məsələlərin həlli aviasiya sahəsində dövlətin vəzifələri kimi təsbit olunur. Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_67:0:1134:800_1920x0_80_0_0_751ec15e172b042583f686aa6a9b5a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qanun, aviasiya, milli məclis
qanun, aviasiya, milli məclis
“Aviasiya haqqında” yeni qanun layihəsi qəbul edildi
Deputat keçən müddət ərzində aviasiya sahəsində texnoloji yeniliklərin tətbiq edildiyini və bu sahənin tənzimlənməsinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni qanunun qəbul edilməsinə ehtiyac olduğunu söyləyib.
BAKI, 22 dekabr - Sputnik. Milli Məclisin iclasında “Aviasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olduğunu deyib.
O, hazırda 2005-ci ildə qəbul edilən “Aviasiya haqqında” qanunun qüvvədə olduğunu qeyd edib. Keçən müddət ərzində aviasiya sahəsində texnoloji yeniliklərin tətbiq edildiyini və bu sahənin tənzimlənməsinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni qanunun qəbul edilməsinə ehtiyac olduğunu söyləyib.
Bildirilib ki, 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Qanun Azərbaycan Respublikasında hava məkanından istifadəyə dair münasibətləri, Azərbaycan Respublikasına məxsus hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından kənarda istismar edilməsi zamanı yaranan münasibətləri, həmçinin xarici dövlətə məxsus hava gəmilərinin Azərbaycanın hava məkanında uçuş əməliyyatlarının həyata keçirməsi zamanı yaranan münasibətləri tənzimləyir və bu sahələrdə fəaliyyət göstərən dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarına şamil olunur.
Diqqətə çatdırılıb ki, sənəddə Azərbaycan Respublikasında aviasiya - mülki, dövlət və eksperimental aviasiyaya bölünür. Mülki və eksperimental aviasiyaya aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət aviasiyasına aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr, habelə hava hərəkətinin təşkili sisteminin obyektləri dövlət mülkiyyətidir. Qeyd olunur ki, aviasiya sahəsində dövlət tənzimləməsinin məqsədi aviasiyada təhlükəsizliyin, bu sahədə görülən işlərin və göstərilən xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsidir.
Qeyd edilib ki, layihədə uçuşların təhlükəsizliyini və aviasiya təhlükəsizliyini təmin etmək, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramlarını qəbul etmək, hava hərəkətinə xidmət göstərilməsini, aviasiyada telekommunikasiya və informasiya xidmətini təmin etmək, hava limanlarının, aerodromların, aviasiya təşkilatlarının fəaliyyətini, hava hərəkətinə xidmət sistemini tənzimləmək və bu fəaliyyətə nəzarəti həyata keçirmək, mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri, aviasiya avadanlıqlarını və vasitələrini sertifikatlaşdırmaq, aviasiya hadisələrini və insidentlərini araşdırmaq, onların qarşısını almaq, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərini görmək, aviasiya hadisələri və insidentlərinin məlumat bazasını formalaşdırmaq və bir sıra digər məsələlərin həlli aviasiya sahəsində dövlətin vəzifələri kimi təsbit olunur.
"Sənəddə aviasiya sahəsində fəaliyyətə dair ümumi və xüsusi tələblər, mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu, aerodromyanı ərazi və onun istifadəsinə dair məhdudiyyətlər, hava limanlarının, aerodromların və helikopter meydançalarının inşası və yenidən qurulması ilə bağlı müddəalar öz əksini tapıb", - deyə deputat əlavə edib.
Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.