https://sputnik.az/20231222/abs-senati-trampin-ukraynaya-yardimin-qarsisini-almaga-qadir-oldugunu-etiraf-edib-461467313.html
ABŞ Senatı Trampın Ukraynaya yardımın qarşısını almağa qadir olduğunu etiraf edib
ABŞ Senatı Trampın Ukraynaya yardımın qarşısını almağa qadir olduğunu etiraf edib
Sputnik Azərbaycan
ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumerin sözlərinə görə, Trampın Respublikaçılar Partiyasında böyük siyasi çəkisi var. 22.12.2023, Sputnik Azərbaycan
2023-12-22T08:57+0400
2023-12-22T08:57+0400
2023-12-22T08:57+0400
tramp
dünya xəbərləri
abş
ukrayna
respublikaçılar partiyası
donald tramp
şumer
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404713_0:155:2964:1822_1920x0_80_0_0_4efcc4dcc5f6374c5829dd338e6dbd03.jpg
BAKI, 22 dekabr — Sputnik. Ağ Evin keçmiş rəhbəri Donald Tramp respublikaçı konqresmenlərə Amerikanın Ukraynaya yeni yardımının buraxılmasına mane olmaq üçün təsir edə bilir. Bu barədə"Politico" nəşri yazıb. Bu bəyanatla ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer çıxış edib. Siyasətçinin sözlərinə görə, Trampın Respublikaçılar Partiyasında böyük siyasi çəkisi var. Demokratların lideri izah edib ki, hazırda, təxminən beş konqresmen Kiyevə yeni yardıma dəstək müqabilində ölkənin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinə dair razılaşmaya mütləq səs verəcək. Eyni zamanda 15-ə yaxın respublikaçı bunun əleyhinə çıxacaq. Qalanları, Şumerin qeyd etdiyi kimi, keçmiş Amerika liderinin təsiri altında sövdələşmədən imtina edə bilər. Daha əvvəl rusiyalı senator Aleksey Puşkov aif.ru-ya açıqlamasında Trampın 2024-cü il seçkilərindən kənarlaşdırılmasının ABŞ-da ciddi vətəndaş qarşıdurmasına səbəb ola biləcəyini deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404713_165:0:2800:1976_1920x0_80_0_0_6bf8cbfccb5e1f7452cb6f6442cfac0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tramp, abş, ukrayna, respublikaçılar partiyası, donald tramp, şumer
tramp, abş, ukrayna, respublikaçılar partiyası, donald tramp, şumer
ABŞ Senatı Trampın Ukraynaya yardımın qarşısını almağa qadir olduğunu etiraf edib
ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumerin sözlərinə görə, Trampın Respublikaçılar Partiyasında böyük siyasi çəkisi var.
BAKI, 22 dekabr — Sputnik. Ağ Evin keçmiş rəhbəri Donald Tramp respublikaçı konqresmenlərə Amerikanın Ukraynaya yeni yardımının buraxılmasına mane olmaq üçün təsir edə bilir.
Bu barədə"Politico" nəşri yazıb.
Bu bəyanatla ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer çıxış edib. Siyasətçinin sözlərinə görə, Trampın Respublikaçılar Partiyasında böyük siyasi çəkisi var.
Demokratların lideri izah edib ki, hazırda, təxminən beş konqresmen Kiyevə yeni yardıma dəstək müqabilində ölkənin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinə dair razılaşmaya mütləq səs verəcək. Eyni zamanda 15-ə yaxın respublikaçı bunun əleyhinə çıxacaq.
Qalanları, Şumerin qeyd etdiyi kimi, keçmiş Amerika liderinin təsiri altında sövdələşmədən imtina edə bilər.
Daha əvvəl rusiyalı senator Aleksey Puşkov aif.ru-ya açıqlamasında Trampın 2024-cü il seçkilərindən kənarlaşdırılmasının ABŞ-da ciddi vətəndaş qarşıdurmasına səbəb ola biləcəyini deyib.