Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hindistanın silahları Cənubi Qafqazı yeni müharibəyə sürükləyir?

© AFP 2024 / PRAKASH SINGHHindistanda parada zamanı hərbi texnika
Hindistanda parada zamanı hərbi texnika - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Sülhün astanasında olan Azərbaycan və Ermənistan hərbi güclərini diqqətdən kənar qoymaq niyyətində deyillər.
BAKI, 21 dekabr — Sputnik. Hindistanın "Akaş" zenit-raket komplekslərinin Ermənistana veriləcəyi tarixi açıqlanıb. Komplekslərin qışda Ermənistana çatdırıllması planlaşdırılır.
Qeyd edilir ki, Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb.
Xatırladaq ki, "Akaş" zenit-raket kompleksləri 2007-ci ilin dekabrında sınaqdan keçirilib.
Görünən odur ki, Cənubi Qafqaz regionu yenidən silah cəbhəxanasına çevrilir. Sülhün astanasında olan Azərbaycan və Ermənistan hərbi güclərini diqqətdən kənar qoymaq niyyətində deyillər. Maraqlıdır ki, son dövrlər Ermənistana silah satdığını bildirən ölkələrin arasında Fransa və Hindistanın adları tez-tez hallanır. Bu iki ölkələrin qlobal geosiyasi maraqları nəticə olaraq onların Cənubi Qafqazda hərbi nüfuzuna gətirib çıxarıb.
Bəs bu cür sürətli silahlanma regionda vəziyyəti dəyişə bilərmi?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov və hərbi ekspert Ramil Məmmədli SputniK Azərbaycan-a danışıblar.
Politoloq Tural İsmayılov deyir ki, Hindistanın Fransa ilə birgə Ermənistanı sürətlə silahlandırması bölgəni təhdid edir: "Hindistanın Rusiya ilə münasibətləri ilə bağlı müsbət açıqlamalar gəlsə də, bu ölkənin Ermənistanı silahlandırması həm də Rusiyaya qarşı demarş hesab edilə bilər. Onsuz da Qərb ölkələri Mülki Monitorinq Missiyası adı ilə Ermənistanı Rusiyadan qoparmağa çalışır".
© Photo : Social media page of Tural İsmayılovPolitoloq Tural İsmayılov
Politoloq Tural İsmayılov - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Politoloq Tural İsmayılov
Politoloq deyir ki, bu gün Ermənistanı silahlandıran ölkələr onu tamam fərqli vcə özünü aid olmadığı siyasi areala daxil etməyə çalışırlar:
"Bu Ermənistana yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, Fransa və Hindistanın işbirliyi içində olması heç kimə sirr deyil. Bununla bağlı çoxlu faktlar var. Hindistanın heç bir zərurət olmadığı halda regionda sülh əldə etməyə çalışan tərəflərdən birini silahlandırması bölgəni yenidən qarışdırmaq və qan çanağına döndərmək siyasətinin bir parçasıdır. Görünən odur ki, Cənubi Qafqazdakı stabillik Hindistanın geosiyasi və iqtisadi maraqlarına cavab vermir. Faktiki olarq Hindistan Ermənistanı silahlandırmaqla bölgədə gərginliyin qalıcı olmasını təşviq edir".
Hərbi ekspert Ramil Məmmədli bildirir ki, Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu ölkənin başqa çıxış yolunun olmamasından irəli gələn bir vəziyyətdir:
"Ukrayna-Rusiya müharibəsi baş verməmişdən əvvəl Ermənistan daha sürətli şəkildə Qərblə siyasi əməkdaşlığa üstünlük verdi. Rusiya isə başladığı hərbi əməliyyatlara görə, hərbi və ikili təyinatlı məhsulların çıxışına qadağa qoydu. Belə olduğu təqdirdə Ermənistan analoji məhsulları başqa ölkələrdə tapmağa çalışdı. Bunlardan ilki Serbiya idi. Amma Serbiyadan bu cür silahları almaq mümkün olmadı. Səbəb isə Serbiya və Azərbaycan arasında siyasi müstəvidə çox yüksək səviyyədə münasibətlərinin formalaşması idi. Faktiki olaraq Serbiya bu gün Ermənistanla hərbi-texniki sahədə hər hansı əməkdaşlıq qurmur. İkinci belə ölkə Çindir, lakin onun satdığı silahların dəyəri çox bahadır, növbəti və ən əlverişli olanı isə Hindistandır".
© Photo : AZƏRTACHərbi ekspert Ramil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Hərbi ekspert Ramil Məmmədli
Hərbi ekspert xatırladır ki, sovet-rus hərbi texnologiyası əsasında istehsal sahələri əsasən Belarus, Qazaxıstan, Çin, Hindistan, Serbiya və Azərbaycandandadır:
"Bu ölkələr arasında yeganə münasib olanı Hindistandır. Hindistan isə Cənubi Qafqazda olan siyasi maraqları və Azərbaycanın Pakistanla dərin hərbi-siyasi münasibətlərinin mövcudluğu səbəbindən Ermənistanla münasibətləri inkişaf etdirir. Ermənistan da mövcud vəziyyətdən yaralanaraq əməkdaşlığı hərbi müstəvidə genişləndirir".
Ramil Məmmədli deyir ki, Ermənistan hal-hazırda ciddi hücum silahları ilə silahlana bilmir və daha çox sovet silahlarının analoqlarını alır: "Məsələn "Akaş" zenit-raket kompleksi Sovet İttifaqının elmi-nəzəri konstruksiyası əsasında hazırlanıb, istehsalına başlanılıb və sonradan modernləşdirilmiş "Kub" raketlərinin analoqudur. Hindistan "Kub" raket komplekslərini almaqla onu modernləşdirib və özünəməxsus şəkildə "Akaş" kimi arsenalına daxil edib. Ermənistana satılan "Akaş" da əslində "Kub"lardır. Azərbaycanda da "Kub"lar var. Bu silahlar yaxın məsafədə hava hücumundan müdafiəni təmin edən HHM sistemidir".
"Son illər görünən odur ki, Ermənistanın əsas məqsədi HHM sistemlərinin gücləndirilməsidir. Təbii ki, bu məsələdə biz həyəcan təbili çalmalıyıq və narahatlığımızı beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq. Amma bu məhsulların Azərbaycan üçün böyük təhlükə yaradacağını düşünmürəm. Ermənistanın yenidən silhalanması bu ölkənin mövcud reallıqlarla barışmadığını, revanşist meyllərinin olmasını göstərir. Strateji müttəfiqinə xəyanət edən Ermənistan indi özünə tapdığı yeni müttəfiqlər vasitəsilə ordunun potensialını yüksəltməyə çalışır. Amma nəzərə alınmalı bir məqam var ki, bu ölkənin büdcəsi ordunun tam miqyasda inkişafına və güclənməsinə ən azı yaxın on ildə imkan verməyəcək" - hərbi ekspert fikrini yekunlaşdırıb.
Xəbər lenti
0