CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalidən qanunsuz silahların toplanılması davam edir

Silah - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat nəticəsində müxtəlif növ silah-sursat əldə edib.
BAKI, 21 dekabr — Sputnik. Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 2 tapança, 5 qumbara, 11 tüfəng təhvil götürüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 5 ədəd qumbara, 3 patron darağı, 146 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.
Xəbər lenti
0