https://sputnik.az/20231221/bakida-velosiped-ve-skuter-yoluna-daxil-olanlar-ne-qeder-cerimelenek-resmi-aciqlama-461460935.html
Bakıda velosiped və skuter yoluna daxil olanlar nə qədər cərimələnək? Rəsmi açıqlama
Bakıda velosiped və skuter yoluna daxil olanlar nə qədər cərimələnək? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Araz Əsgərli bildirib ki, bu zolaqda avtomobil saxlamaq da dayanma-durma tələbinin pozulması və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. 21.12.2023, Sputnik Azərbaycan
2023-12-21T14:10+0400
2023-12-21T14:10+0400
2023-12-21T16:12+0400
avtomobil
cəmiyyət
velosiped
elməddin muradlı
ayna
moped
ictimai nəqliyyat
avtobus
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/15/461455821_0:56:590:388_1920x0_80_0_0_11c7f945b60cb6f98cdbc2ce65f153bf.jpg
BAKI, 21 dekabr — Sputnik. Bakıda velosiped zolaqlarına daxil olanlar cərimələnəcək. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, öz zolağından çıxaraq Yol Hərəkəti Haqqında Qanunun tələblərinini pozan velosipedçilər cərimələnə bilər. Yeni zolağa daxil olan sürücülər cərimələnəcək! “Velosiped zolağının tələbi avtobus zolağı kimi müvafiq yol nişanı ilə təchiz olunmaqla müəyyən edilir ki, bu da həmin tələbə riayət etmək üçün qanuni məsuliyyət formalaşdırır. Velosipedçi isə öz zolağı olan yerdə başqa zolaqla hərəkət edərsə, ona cərimə tətbiq oluna bilər. Çünki YHHQ-nun 46-cı maddəsində velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblərdə bütün anlayışlara açıq izah verilib. Yəni velosipedçi öz zolağı ilə və ya sağ zolaqla, yolun çiyni ilə hərəkət etmirsə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulur. Əgər Yol hərəkəti haqqında Qanunun 46-ci maddəsində olan tələbləri yerinə yetirmirsə, İXM-nin 338-ci maddəsinə uyğun olaraq barəsində 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilə bilər" - baş inspektor deyib. Bakıda bu yollar velosiped və skuter sürənlərə ayrıldı Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq. Avtobuslar da bu zolağa daxil ola bilməz! Araz Əsgərli bildirib ki, onsuz da velosiped zolağının standartı var və ora avtobus, maşın daxil ola bilməz. Velosiped zolağı ora digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur: "Həmin zolaq mühafizə olunmayıbsa belə, orada maşın saxlamaq və ya təyinatı olmayan şəxslərin daxil olması yolverilməzdir. Əgər baş verərsə, bu, dayanma-durma tələbinin və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağının olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İXM-nin 327-ci maddənin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır”. Mopedlərə "yaşıl işıq" DYP rəsmisi velosiped zolağına moped və motosikletlərin daxil olmasına icazə verilib-verilməməsinə də aydınlıq gətirib. Bildirib ki, moped velosiped zolağına daxil ola bilər. "Yol hərəkəti Haqqında"Qanunun 46-cı maddəsində velosipedçilərlə mopedçilərin hüquqları bərabərdir. Motosiklet isə velosiped zolağına girə bilməz. Çünki motosikletlər mexaniki nəqliyyat vasitəsi kimi avtomobillərə bərabər hüquqlar daşıyır, yəni onlar tamhüquqlu nəqliyyat vasitəsi hesab olunur. Qeyd edək ki, artıq Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir. Bu barədə bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobil vasitələrə qarşıda diqqətli olmalarını bildirir. Bakıda velosiped yollarının salınması sosial platformada müzakirələrə səbəb olub. Bu zolaqların paytaxt yollarında tıxacı aradan qaldıracağını düşünənlər də var, artıracağını fikirləşənlər də... "Onlar üçün də yol olmaldır" Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, skuter və velosipedlər üçün zolağın salınması normal addımdır. Çünki, onlar da hərəkət iştirakçılarıdır: "Yol yalnız avtomobillər üçün ola bilməz. Piyadalar üçün də, avtobus, velosiped sürən üçün də yol olmaldır. Dünya təcrübəsində də avtobus, velosiped zolaqları var. Belə zolaqlara çox böyük önəm verilir. Azərbaycanda, paytaxtda da belə yolların olması alqışlanandır. İndiyə qədər bu hərəkət iştirakçılarının yolu olmadığından digər nəqliyyat vasitələrinin yolu ilə gedərək həyatlarını təhlükəyə atırdılar". Sıxlıq yaranacaqmı? E.Muradlı onu da bildirib ki, velosiped və skuterlər üçün çəkilmiş zolaq müəyyən qədər sıxlığa səbəb olacaq. Zolağa girənlər cərimələnəcək. Ona görə də ictimai nəqliyyat növlərini artırmaq vacibdir. İnsanlar ictimai nəqliyyata yönləndirilirsə, onlar üçün gedib-gəlməyə şərait yaradılmalıdır. "Yoxsa yolun bir tərəfini avtobus, bir tərəfini velosiped və skuter zolağı, digərini piyadaya verməklə insanları ictimai nəqliyyata yönləndirmək fayda verməyəcək. Avtomobillərin hərəkətinə maneə yaradıb ictimai nəqliyyat da bərbad vəziyyətdə qalsa, bu, ciddi problem yaradacaq. Bu zolaqlar çəkilməklə yanaşı ictimai nəqliyyat inkişaf etdirilməlidir" - Elməddin Muradlı deyib. O, əlavə edib ki, ictimai nəqliyyatın inkişafı strategiyası artıq diqqət mərkəzindədir. Bu sahədə ciddi dəyişikliklərin olacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/15/461455821_0:0:590:443_1920x0_80_0_0_19e711a4403bbaf383cd920746d71eb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtomobil, velosiped, elməddin muradlı, ayna, moped, ictimai nəqliyyat, avtobus
avtomobil, velosiped, elməddin muradlı, ayna, moped, ictimai nəqliyyat, avtobus
Bakıda velosiped və skuter yoluna daxil olanlar nə qədər cərimələnək? Rəsmi açıqlama
14:10 21.12.2023 (Yenilənib: 16:12 21.12.2023) Araz Əsgərli bildirib ki, bu zolaqda avtomobil saxlamaq da dayanma-durma tələbinin pozulması və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək.
BAKI, 21 dekabr — Sputnik. Bakıda velosiped zolaqlarına daxil olanlar cərimələnəcək. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, öz zolağından çıxaraq Yol Hərəkəti Haqqında Qanunun tələblərinini pozan velosipedçilər cərimələnə bilər.
Yeni zolağa daxil olan sürücülər cərimələnəcək!
“Velosiped zolağının tələbi avtobus zolağı kimi müvafiq yol nişanı ilə təchiz olunmaqla müəyyən edilir ki, bu da həmin tələbə riayət etmək üçün qanuni məsuliyyət formalaşdırır. Velosipedçi isə öz zolağı olan yerdə başqa zolaqla hərəkət edərsə, ona cərimə tətbiq oluna bilər. Çünki YHHQ-nun 46-cı maddəsində velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblərdə bütün anlayışlara açıq izah verilib. Yəni velosipedçi öz zolağı ilə və ya sağ zolaqla, yolun çiyni ilə hərəkət etmirsə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulur. Əgər Yol hərəkəti haqqında Qanunun 46-ci maddəsində olan tələbləri yerinə yetirmirsə, İXM-nin 338-ci maddəsinə uyğun olaraq barəsində 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilə bilər" - baş inspektor deyib.
Bakıda bu yollar velosiped və skuter sürənlərə ayrıldı
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.
Avtobuslar da bu zolağa daxil ola bilməz!
Araz Əsgərli bildirib ki, onsuz da velosiped zolağının standartı var və ora avtobus, maşın daxil ola bilməz. Velosiped zolağı ora digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur:
"Həmin zolaq mühafizə olunmayıbsa belə, orada maşın saxlamaq və ya təyinatı olmayan şəxslərin daxil olması yolverilməzdir. Əgər baş verərsə, bu, dayanma-durma tələbinin və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağının olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İXM-nin 327-ci maddənin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır”.
DYP rəsmisi velosiped zolağına moped və motosikletlərin daxil olmasına icazə verilib-verilməməsinə də aydınlıq gətirib. Bildirib ki, moped velosiped zolağına daxil ola bilər. "Yol hərəkəti Haqqında"Qanunun 46-cı maddəsində velosipedçilərlə mopedçilərin hüquqları bərabərdir. Motosiklet isə velosiped zolağına girə bilməz. Çünki motosikletlər mexaniki nəqliyyat vasitəsi kimi avtomobillərə bərabər hüquqlar daşıyır, yəni onlar tamhüquqlu nəqliyyat vasitəsi hesab olunur.
Qeyd edək ki, artıq Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir. Bu barədə bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobil vasitələrə qarşıda diqqətli olmalarını bildirir.
Bakıda velosiped yollarının salınması sosial platformada müzakirələrə səbəb olub. Bu zolaqların paytaxt yollarında tıxacı aradan qaldıracağını düşünənlər də var, artıracağını fikirləşənlər də...
"Onlar üçün də yol olmaldır"
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, skuter və velosipedlər üçün zolağın salınması normal addımdır. Çünki, onlar da hərəkət iştirakçılarıdır:
"Yol yalnız avtomobillər üçün ola bilməz. Piyadalar üçün də, avtobus, velosiped sürən üçün də yol olmaldır. Dünya təcrübəsində də avtobus, velosiped zolaqları var. Belə zolaqlara çox böyük önəm verilir. Azərbaycanda, paytaxtda da belə yolların olması alqışlanandır. İndiyə qədər bu hərəkət iştirakçılarının yolu olmadığından digər nəqliyyat vasitələrinin yolu ilə gedərək həyatlarını təhlükəyə atırdılar".
E.Muradlı onu da bildirib ki, velosiped və skuterlər üçün çəkilmiş zolaq müəyyən qədər sıxlığa səbəb olacaq. Zolağa girənlər cərimələnəcək. Ona görə də ictimai nəqliyyat növlərini artırmaq vacibdir. İnsanlar ictimai nəqliyyata yönləndirilirsə, onlar üçün gedib-gəlməyə şərait yaradılmalıdır.
"Yoxsa yolun bir tərəfini avtobus, bir tərəfini velosiped və skuter zolağı, digərini piyadaya verməklə insanları ictimai nəqliyyata yönləndirmək fayda verməyəcək. Avtomobillərin hərəkətinə maneə yaradıb ictimai nəqliyyat da bərbad vəziyyətdə qalsa, bu, ciddi problem yaradacaq. Bu zolaqlar çəkilməklə yanaşı ictimai nəqliyyat inkişaf etdirilməlidir" - Elməddin Muradlı deyib.
O, əlavə edib ki, ictimai nəqliyyatın inkişafı strategiyası artıq diqqət mərkəzindədir. Bu sahədə ciddi dəyişikliklərin olacağı gözlənilir.