Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda inflyasiya: noyabrda qiymətlər nə qədər artıb

Abunə olmaq
2023-cü ilin noyabrında deflyasiya oktyabrda olan 0,4% inflyasiya ilə müqayisədə 0,2% səviyyəsində qeydə alınıb. Noyabr ayında qiymət dəyişiklikləri haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu ilin noyabr ayının sonunda orta illik inflyasiya oktyabrın sonundakı 10,2% ilə müqayisədə 9,4%-ə qədər yavaşlayıb. Eyni zamanda, ərzaq məhsullarının orta illik qiymət artımı 10,4%, qeyri-ərzaq mallarının qiyməti 8,9%, xidmətlərin qiyməti isə 8,6% təşkil edib.
Ölkədə 2023-cü ilin noyabrında deflyasiya oktyabrda olan 0,4% inflyasiya ilə müqayisədə 0,2% səviyyəsində qeydə alınıb.
Bununla yanaşı, ötən ay qeyri-ərzaq məhsullarının qiymətləri dəyişməyib, xidmətlər isə 0,1% ucuzlaşıb.
2023-cü ilin noyabr ayında inflyasiya 2022-ci ilin noyabr ayı ilə müqayisədə 2,6% təşkil edib. Bununla yanaşı, müqayisə olunan aylarda ərzaq məhsulları 1,5%, qeyri-ərzaq məhsulları 3,1%, xidmətlər isə 4% bahalaşıb.
Xəbər lenti
0