CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Telegram"da saxta dələduzluq səhifələri yaradılıb

© Depositphotos.com / Prykhodov "Telegram" loqosu
Telegram loqosu - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, hədiyyənin əldə olunması üçün vətəndaşlardan müəyyən məbləğlərdə maliyyə vəsaiti tələb olunur.
BAKI, 20 dekabr — Sputnik. "Telegram" ani mesajlaşma tətbiqində "PashaPay" şirkətinin məhsulu olan "m10"a aid saxta dələduzluq səhifələri yaradılıb. Dələduzlar vətəndaşların etimadından sui-istifadə edərək, həvəsləndirici hədiyyə vədləri təklif edirlər.
Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, hədiyyənin əldə olunması üçün vətəndaşlardan müəyyən məbləğlərdə maliyyə vəsaiti tələb olunur.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir", - deyə məlumatda bildirilir.
Xəbər lenti
0