DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Si Cinpin: Rusiya ilə ticarət və enerji sahəsində əməkdaşlığın dərinləşməsi zəruridir

© Sputnik / Сергей СавостьяновCinpin
Cinpin - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Rusiya nümayəndə heyəti dekabrın 19-dan Çində işgüzar səfərdədir.
BAKI, 20 dekabr — Sputnik. Rusiya və Çin əməkdaşlığın məzmununu daim zənginləşdirməli, ticarət-iqtisadi və energetika sahələrində qarşılıqlı əlaqəni dərinləşdirməlidirlər,
Bunu ÇXR sədri Si Cinpin Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə bildirib.
"Tərəflər əməkdaşlığın məzmununu daim zənginləşdirməli, iqtisadiyyat və ticarət, enerji, kommunikasiya kimi sahələrdə əməkdaşlığı dərinləşdirməlidir", - deyə Si Cinpin Çin Mərkəzi Televiziyasından sitat gətirib.
O, həmçinin "təchizat və istehsal zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etmək" zərurətini qeyd edib.
Xatırladaq ki, Rusiya nümayəndə heyəti dekabrın 19-dan Çində işgüzar səfərdədir. Ötən gün Mişustin Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Tsyan ilə görüşüb. Danışıqlar nəticəsində tərəflər bir sıra sənədlər imzalayıblar.
Xəbər lenti
0