SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov: Seçkilər beynəlxalq ictimaiyyət üçün açıqdır

© Photo : APAMəzahir Pənahov 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səsverməyə qatılıb
Məzahir Pənahov 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səsverməyə qatılıb   - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Pənahov bildirib ki, bütün beynəlxalq ictimaiyyət üçün bizim seçkilər açıqdır.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda seçkilər beynəlxalq ictimaiyyət üçün açıqdır.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, növbədənkənar prezident seçkiləri dövründə Mərkəzi Seçki Komissiyasının əsas vəzifələrindən biri də məsuliyyəti olan dövlət orqanları ilə birlikdə tədbirin keçirilməsidir: "İndiyə qədər keçirilən seçkilərdə bu vəzifənin öhdəsindən gəliblər. MSK tərəfindən prezident seçkiləri ilə bağlı lazımi addımlar atılır. Ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Təbii ki, seçki şəffaf keçirilməlidir. Şəffaf keçirilməyən seçki dünyada qəbul olunmur. Bizdə yerli müşahidəçi baxımından məhdudiyyət yoxdur".
Məzahir Pənahov bildirib ki, bütün beynəlxalq ictimaiyyət üçün bizim seçkilər açıqdır: "Bütün dünyada bunların hamısından üstün qəbul edilən siyasi iradədir. Ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, onda digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi mümkün olmur. Beynəlxalq tədbirlərdə artıq bizi nümunə göstərirlər. Seçki dairələrin hamısı üçün yüksək səviyyədə binalar tikilib".
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Xəbər lenti
0