SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fərhad Abdullayev: Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi mövcuddur

© REPORTFərhad Abdullayev
Fərhad Abdullayev - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Konstitusiya Məhkəməsinin sədri bildirib ki, həm dövlətdaxili həm də beynəlxalq müstəvidə seçkilərin çox uğurla keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
BAKI, 20 dekabr — Sputnik. "Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi mövcuddur. Mən bütün insanları seçkilərdə aktiv iştirak etməyə çağırıram".
Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
F.Abdullayev bildirib ki, həm dövlətdaxili həm də beynəlxalq müstəvidə seçkilərin çox uğurla keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "Bizim Konstitusiyaya görə səsvermə nəticələri Konstitusiya Məhkəməsinə daxil olur və biz onu təsdiq edirik. Seçki hüququ insanın siyasi hüquqlarının realizəsi kimi Konstitusiyada öz əksini tapıb. Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi mövcuddur. Mən bütün insanları seçkilərdə aktiv iştirak etməyə çağırıram. Hər bir insan gələrək öz gələcəyini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin üzərinə də olduqca məsuliyyətli vəzifələr düşür. Bu gün Azərbaycan sürətlə inkişaf edən, dünyada söz sahibi olan ölkədir. Ölkəmiz hər zaman milli dəyərlərə sadiqliyi ilə seçilir. Bu, böyük nailiyyətdir. Bunu dərk edib qorumaq və gələcək nəsillərə ötürmək siyasi əqidəsindən asılı olmayaraq hər birimizin borcudur. Biz prezident seçkilərinin uğurla keçirilməsinə və yekun vurulmasına nail olacağıq".
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək.
Məzahir Pənahov - Sputnik Azərbaycan, 1920, 20.12.2023
SİYASƏT
Məzahir Pənahov: 7 fevralda keçiriləcək seçki yüz illiklərə, tarixə düşəcək
Xəbər lenti
0