CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hansı əlamətdar hadisələr baş verib: 20 dekabr

© Sputnik / Elnur Salayev20 dekabr
20 dekabr - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 20 dekabr — Sputnik. Dekabrın 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
20 dekabrda kim anadan olub?
Aleksey Balandin (1898-1967) – Rusiyanın üzvi kimya üzrə mütəxəssisi, SSRİ Elmlər Akademiyasının akademikidir.
Helena Mayer (1910-1953) - alman və amerikalı qılıncoynadanı, Olimpiya çempionudur. 1934-1946-cı illərdə səkkiz dəfə ABŞ çempionu olub.
Cilyola Çinkvetti (1947) - italyan müğənnisi, aktrisası və teleaparıcısıdır. "Avroviziya 1964" Mahnı Müsabiqəsinin qalibidir.
Kim Ki Duk (1960-2020) - Cənubi Koreya kinorejissorudur. "Pieta" trillerinə görə Venesiya Film Festivalında "Qızıl Aslan" mükafatına layiq görülüb.
Yelizaveta Boyarskaya (1985) – Rusiyanın əməkdar artisti, teatr və kino aktrisası, Mixail Boyarski və Larisa Luppianın qızıdır.
Dekabrın 20-də dünyada baş verən tarixi hadisələr
1917-ci ildə əks-inqilab və təxribatla mübarizə üçün Ümumrusiya Fövqəladə Komissiyası (ÜFK) yaradılıb.
1938-ci ildə SSRİ-də əmək kitabçaları tətbiq edilib.
1963-cü ildə ilk dəfə olaraq Qərbi Berlin əhalisinin Almaniya Demokratik Respublikasında (ADR) qohumlarını bir günlük ziyarət etmələri üçün Berlin divarından keçməyə icazə verilib.
1991-ci ildə Litva keçmiş sovet respublikaları arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci il noyabrın 20-də qurulub.
2000-ci ildə İngiltərə Parlamenti klonlaşdırma haqqında qanununu təsdiqləyib, lakin yalnız tibbi məqsədlər üçün.
2006-cı ildən etibarən BMT Baş Assambleyası tərəfindən Yoxsulluğun Aradan Qaldırılması üzrə BMT-nin Birinci Onilliyinə həsr olunmuş qətnamədə elan edilmiş Beynəlxalq İnsan Həmrəyliyi Günü qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0