https://sputnik.az/20231220/bakida-yeni-il-yarmarkalari-fealiyyete-baslayib-461451007.html
Bakıda Yeni il yarmarkaları fəaliyyətə başlayıb
Bakıda Yeni il yarmarkaları fəaliyyətə başlayıb
Sputnik Azərbaycan
"Kənddən Şəhərə" Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını... 20.12.2023, Sputnik Azərbaycan
2023-12-20T20:00+0400
2023-12-20T20:00+0400
2023-12-20T20:00+0400
yarmarka
iqtisadiyyat
kənddən şəhərə yarmarkası
kənd təsərrüfatı nazirliyi
dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
dünya azərbaycanlılarının həmrəylik günü
yeni il bayramı
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/41840/45/418404567_0:102:2000:1227_1920x0_80_0_0_3c17abae5b53b771f4a30a42f21d415e.jpg
BAKI, 20 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakıda təşkil etdiyi "Kənddən şəhərə" Yeni il yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı) ünvanlarında dekabrın 30-na qədər davam edəcək. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. "Kənddən Şəhərə" Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilər. Yarmarkalarda iştirak ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum loqistika dəstəyi göstərir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41840/45/418404567_114:0:1887:1330_1920x0_80_0_0_3844bc02e75e315197ab8eb4f860fed9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yarmarka, kənddən şəhərə yarmarkası, kənd təsərrüfatı nazirliyi, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il, dünya azərbaycanlılarının həmrəylik günü, yeni il bayramı, qida təhlükəsizliyi agentliyi
yarmarka, kənddən şəhərə yarmarkası, kənd təsərrüfatı nazirliyi, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il, dünya azərbaycanlılarının həmrəylik günü, yeni il bayramı, qida təhlükəsizliyi agentliyi
Bakıda Yeni il yarmarkaları fəaliyyətə başlayıb
"Kənddən Şəhərə" Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.
BAKI, 20 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakıda təşkil etdiyi "Kənddən şəhərə" Yeni il yarmarkaları fəaliyyətə başlayıb.
Yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı) ünvanlarında dekabrın 30-na qədər davam edəcək.
Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.
"Kənddən Şəhərə" Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilər.
Yarmarkalarda iştirak ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum loqistika dəstəyi göstərir.