https://sputnik.az/20231220/azerbaycan-merkezi-banki-ucot-derecesini-azaltdi---cedvel-461434601.html
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı - CƏDVƏL
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı - CƏDVƏL
Sputnik Azərbaycan
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcək. 20.12.2023, Sputnik Azərbaycan
2023-12-20T13:37+0400
2023-12-20T13:37+0400
2023-12-20T13:37+0400
mərkəzi bank
iqtisadiyyat
uçot dərəcəsi
azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib
azərbaycan mərkəzi bankı uçot dərəcəsini endirib
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilib. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunub, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb. İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə pul kütləsinin izafi genişlənməsidir. Cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcək. Qərarlar qəbul edilərkən maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaq. Bu qərar 21 dekabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank, uçot dərəcəsi, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib, azərbaycan mərkəzi bankı uçot dərəcəsini endirib, inflyasiya
mərkəzi bank, uçot dərəcəsi, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib, azərbaycan mərkəzi bankı uçot dərəcəsini endirib, inflyasiya
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı - CƏDVƏL
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcək.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilib.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.
İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunub, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb.
İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə pul kütləsinin izafi genişlənməsidir. Cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcək. Qərarlar qəbul edilərkən maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaq.
Bu qərar 21 dekabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaq.