https://sputnik.az/20231219/turkiye-turistlere-xidmet-ederken-her-sey-daxil-sisteminden-imtina-etmek-niyyetindedir-461412762.html
Türkiyə turistlərə xidmət edərkən "hər şey daxil" sistemindən imtina etmək niyyətindədir
Türkiyə turistlərə xidmət edərkən "hər şey daxil" sistemindən imtina etmək niyyətindədir
Sputnik Azərbaycan
Ölkənin Turizm Agentlikləri Assosiasiyasının nümayəndəliyinin rəhbəri bildirib ki, bu, hotel otaqlarının qiymətinə mənfi təsir göstərir, digər tərəfdən isə... 19.12.2023, Sputnik Azərbaycan
2023-12-19T23:10+0400
2023-12-19T23:10+0400
2023-12-19T23:10+0400
türkiyə
turizm
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461387246_0:0:3078:1731_1920x0_80_0_0_642b3cdddaf815a783dc14b782f4c812.jpg
BAKI, 19 dekabr — Sputnik. Dekabrın əvvəlində Aralıq dənizi Hotelçilər və Operatorlar Assosiasiyasının rəhbəri Kaan Kavaloğlu "hər şey daxil" (all-inclusive) sistemindən imtina etməyi və turistlərin yalnız onlara lazım olan seçimlər variantına keçməyi təklif edib - məsələn, alkoqoldan imtina edərək. Bu cür təkliflər mütəmadi olaraq turizm sənayesinin müəyyən nümayəndələri tərəfindən verilir. Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) Kəmərdəki nümayəndəliyinin rəhbəri Mehmet Akbaba bildirib ki, Türkiyə hotellərində "hər şey daxil" sisteminə üstünlük verən turistlər otellərin "məhbusu" olurlar və onlar bölgənin mədəniyyəti ilə tanış olmaq imkanlarından məhrum olurlar. Onun sözlərinə görə, hibrid turizm xidmət sisteminə keçid turistlərə mədəni cəhətdən istirahətlərini zənginləşdirməyə və yeni bölgə ilə tanış olmağa imkan verəcək. Akbaba qeyd edib ki, Kəmərdəki orta səviyyəli bəzi butik-hotellər və mehmanxanalar artıq "hər şey daxil" sistemindən imtina etməyə başlayıblar və bu kurortda keçid aktiv şəkildə aparılır. Akbaba "hər şey daxil" sistemindən imtina etməsini həmçinin müştərilərin boşqablarına lazım olandan çox qida qoyduqları üçün hotellərdə xeyli miqdarda qidanın israf olması ilə əsaslandırıb. Digər bölgələrdə olduğu kimi Kəmərdə də turizm mağazalarının satıcıları da vəziyyətdən narazıdırlar. Türkiyə Hotelçilər Assosiasiyasının (TÜROB) məlumatına görə, yanvar-avqust aylarında İstanbulda hotellərin doluluq nisbəti 63%, Antalyada isə 56% təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 10%-dən çox azalıb. Avqust ayında İstanbulda bir hotel otağının orta qiyməti 2019-cu ildəki 105 avro ilə müqayisədə 158 avrodan çox, Antalyada isə qiymət iki dəfə artıb - bir otağın qiyməti 2019-cu ildəki 96 avro ilə müqayisədə 191 avro olub. Antalya merinin turizm üzrə müşaviri Osman Ayık iyul ayında RİA Novosti-yə bildirib ki, Türkiyə hotellərində "hər şey daxil" sistemindən mütləq imtina etmək ehtimalı azdır, lakin turistlərin fərqli tələbləri və tətil qiymətlərinin artması səbəbindən variasiyaların olması mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461387246_0:0:2732:2048_1920x0_80_0_0_96a2da9d9876b9aa5663b112c2cbcb29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, turizm
Türkiyə turistlərə xidmət edərkən "hər şey daxil" sistemindən imtina etmək niyyətindədir
Ölkənin Turizm Agentlikləri Assosiasiyasının nümayəndəliyinin rəhbəri bildirib ki, bu, hotel otaqlarının qiymətinə mənfi təsir göstərir, digər tərəfdən isə istirahətə gələnlərin hoteldə "məhbus" olmasına şərait yaradır.
BAKI, 19 dekabr — Sputnik. Dekabrın əvvəlində Aralıq dənizi Hotelçilər və Operatorlar Assosiasiyasının rəhbəri Kaan Kavaloğlu "hər şey daxil" (all-inclusive) sistemindən imtina etməyi və turistlərin yalnız onlara lazım olan seçimlər variantına keçməyi təklif edib - məsələn, alkoqoldan imtina edərək. Bu cür təkliflər mütəmadi olaraq turizm sənayesinin müəyyən nümayəndələri tərəfindən verilir.
Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) Kəmərdəki nümayəndəliyinin rəhbəri Mehmet Akbaba bildirib ki, Türkiyə hotellərində "hər şey daxil" sisteminə üstünlük verən turistlər otellərin "məhbusu" olurlar və onlar bölgənin mədəniyyəti ilə tanış olmaq imkanlarından məhrum olurlar.
"Hər şey daxil" sistemi hotel otaqlarının qiymətinə mənfi təsir göstərir. Digər tərəfdən, bu sistem elə bir vəziyyət yaradır ki, istirahətə gələn turist oteldə "məhbus"a çevrilir, bölgəni gəzib yeni yerləri öyrənmək və bu ərazinin mədəniyyəti ilə tanış olmaq imkanı olmur", - deyə Akbaba bildirib.
Onun sözlərinə görə, hibrid turizm xidmət sisteminə keçid turistlərə mədəni cəhətdən istirahətlərini zənginləşdirməyə və yeni bölgə ilə tanış olmağa imkan verəcək.
Akbaba qeyd edib ki, Kəmərdəki orta səviyyəli bəzi butik-hotellər və mehmanxanalar artıq "hər şey daxil" sistemindən imtina etməyə başlayıblar və bu kurortda keçid aktiv şəkildə aparılır.
Akbaba "hər şey daxil" sistemindən imtina etməsini həmçinin müştərilərin boşqablarına lazım olandan çox qida qoyduqları üçün hotellərdə xeyli miqdarda qidanın israf olması ilə əsaslandırıb. Digər bölgələrdə olduğu kimi Kəmərdə də turizm mağazalarının satıcıları da vəziyyətdən narazıdırlar.
Türkiyə Hotelçilər Assosiasiyasının (TÜROB) məlumatına görə, yanvar-avqust aylarında İstanbulda hotellərin doluluq nisbəti 63%, Antalyada isə 56% təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 10%-dən çox azalıb. Avqust ayında İstanbulda bir hotel otağının orta qiyməti 2019-cu ildəki 105 avro ilə müqayisədə 158 avrodan çox, Antalyada isə qiymət iki dəfə artıb - bir otağın qiyməti 2019-cu ildəki 96 avro ilə müqayisədə 191 avro olub.
Antalya merinin turizm üzrə müşaviri Osman Ayık iyul ayında RİA Novosti-yə bildirib ki, Türkiyə hotellərində "hər şey daxil" sistemindən mütləq imtina etmək ehtimalı azdır, lakin turistlərin fərqli tələbləri və tətil qiymətlərinin artması səbəbindən variasiyaların olması mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.