Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Trendyol-dan aldığımız məhsulları necə geri qaytara bilərik? Rəsmi açıqlama

© iStock.com / RidofranzBağlama, arxiv şəkli
Bağlama, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti onlayn alınan mallarla bağlı qanunvericiliyin tələblərini açıqlayıb.
BAKI, 19 dekabr — Sputnik. Onlayn ticarətin genişlənməsi istehlakçı hüququnun qorunması məsələsini aktuallaşdırıb. Belə ki, tez-tez onlayn yolla alınan məhsulun keyfiyyətsiz çıxdığı, rəngi və ölçüsü uyğun gəlmədiyi barədə şikayətlər dolaşır. Bəs belə olan halda onlayn yolla alınan məhsulları geri qaytarmaq olarmı? Bunun üçün qanunvericilikdə müddət nəzərdə tutulubmu?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu mövzuda Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb:
- Trendyol və s. onlayn platformadan alış-verişlə bağlı zaman-zaman sosial platformada şikayətlər yayılır. Müştərinin onlayn aldığı məhsulun keyfiyyətsiz çıxması hallarına rast gəlinir. Qanunla birbaşa onlayn alış-verişdə istehlakçı hüququ bu hallarda necə qorunur?
- Satıcının xarici ölkədə fəaliyyət göstərdiyi hallarda alqı-satqı münasibətlərindən irəli gələn məsələlər tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tənzimlənir. Yəni xarici ölkədən sifariş edilən malların keyfiyyət ilə bağlı məsələlər onlar arasında bağlanmış müqavilə şərtlərinə əsasən həyata keçirilir. Əgər tərəflər arasında bağlanmış müqavilədə bu qaydalar müəyyənləşdirilməyibsə, "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bu məsələ tərəflərin razılığı ilə seçilən ölkənin qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Əgər alıcı və satıcı alqı-satqı müqaviləsində hansı ölkənin qanunvericiliyinin həmin münasibətə şamil olunacağını seçməyibsə və sonradan bu barədə razılığa gəlinməyibsə, o zaman malların dəyişdirilməsi və qaytarılması qaydası satıcının mənsub olduğu ölkənin qanunvericiliyinə əsasən tənzimlənir.
- "Elektron Ticarət Haqqında" qanuna dəyişikliklə bağlı təkliflər verilibmi?
- "Elektron ticarət haqqında" Qanuna dəyişikliklə bağlı Dövlət Xidməti tərəfindən hər hansı təkliflər verilməyib.
- Onlayn ticarət vasitəsilə alınan hansı məhsulları geri qaytarmaq olar?
- İstehlakçının istər ənənəvi qaydada, istərsə də onlayn ticarət zamanı əldə etdiyi lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu aldığı gündən 14 gün ərzində (satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə) oxşar mala dəyişdirmək, dəyişdirmək üçün satışda uyğun mal olmadıqda isə qaytarmaq hüququ vardır. Malın hansı qaydada alınmasından asılı olmayaraq, dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 114 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Aşağıdakı siyahıda adları qeyd olunan lazımi keyfiyyətli mallar dəyişdirilmir və qaytarılmır:
Qızıl və qızıl məmulatları.
Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
Parfümer-kosmetika malları.
Kişi, qadın və uşaq çimərlik paltarları.
Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
Məişət-kimyası malları.
Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
Uşaq oyuncaqları.
İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
- Canlı alış-verişdə məhsulu 14 gün ərzində geri qaytarmaq olar, bəs onlayn ticarətdə bu müddət niyə 7 gündür?
- Həm ənənəvi formada, həm də onlayn qaydada alınmış lazımi keyfiyyətli malı dəyişdirmək üçün satışda uyğun mal olmadıqda 14 gün ərzində (satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə) həmin malı geri qaytarmaq olar. "Elektron ticarət haqqında" Qanunda nəzərdə tutulmuş 7 gün müddət lazımi keyfiyyətli malların dəyişdirilməsi, qaytarılması üçün yox, sifarişdən imtina üçün nəzərdə tutulan müddətdir. Yəni, istehlakçı 7 gün ərzində onlayn qaydada aldığı maldan, verdiyi sifarişdən imtina edə bilər. Malların dəyişdirilməsi, dəyişdirmək üçün uyğun mal olmadıqda qaytarılması üçün nəzərdə tutulmuş 14 gün müddətin axımı isə istehlakçının malı əldə etdiyi andan başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
eBay - Sputnik Azərbaycan, 1920, 05.12.2023
İQTİSADİYYAT
Üç yüz dollarlıq limit yenidən azaldılır? Sahibkarlar "Trendyol"un əlindən dad edir
Xəbər lenti
0