https://sputnik.az/20231219/rusiya-berk-bugda-ixracina-qadaga-qoydu-deyirmanlar-unun-qiymetini-bahalasdiracaq-461388231.html
Rusiya bərk buğda ixracına qadağa qoydu: Dəyirmanlar unun qiymətini bahalaşdıracaq?
Rusiya bərk buğda ixracına qadağa qoydu: Dəyirmanlar unun qiymətini bahalaşdıracaq?
Sputnik Azərbaycan
Dəyirmanlardan bildiriblər ki, Rusiyanın ixraca tətbiq etdiyi qadağa makaron və bulka istehsalında qiymət artımına səbəb ola bilər. 19.12.2023, Sputnik Azərbaycan
2023-12-19T09:30+0400
2023-12-19T09:30+0400
2023-12-19T09:30+0400
un
cəmiyyət
buğda
çörək
rusiya
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476036_0:0:3073:1728_1920x0_80_0_0_4213a9b0d954f96043aa20d4749c121c.jpg
BAKI, 19 dekabr — Sputnik. Rusiyanın bərk buğda ixracına qoyduğu qadağa ölkəmizdə çörəyin qiymətinə təsir etməyəcək. Bu sözləri Sputnik Azərbaycan-a ölkəmizdə un istehsalı ilə məşğul olan dəyirmanlardan bildiriblər. Makaronun və bulkanın qiyməti arta bilər "Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a bildirib ki, bərk buğda çörək istehsalına yaramır. Belə buğdadan alınan undan əsasən makaron və bulka istehsalında istifadə olunur. Ona görə də, Rusiyanın ixraca tətbiq etdiyi qadağa makaron və bulka istehsalında qiymət artımına səbəb ola bilər. "Çörək unu istehsal edənlərə bir problem yaranmayacaq. Unun qiyməti dəyişməz qalacaq. Bizə hazırda Rusiyadan buğdanın bir tonu 210-215 ABŞ dollarına başa gəlir. Hələ qiymətlərdə ucuzlaşma var. İlin əvvəli ilə müqayisədə buğda bizə 15-20 dollar ucuz başa gəlir" - V.Ələsgərov deyib. O, əlavə edib ki, hazırda əla növ 50 kiloqramlıq un kisəsinin qiyməti topdansatışda 26 manatdır. "Abşeron un" dəyirmanından da Sputnik Azərbaycan-a bildirilib ki, Rusiyanın ixraca tətbiq etdiyi qadağa buğda qıtlığı yaratmayacaq: "Xalq arxayın ola bilər, dəyirmanlarda buğda çatışmazlığı olmayacaq. Bizim dəyirman öz ehtiyatını görüb. Nə qədər lazımdırsa buğdamız var. Ona görə də idxaldan asılı vəziyyətimiz yoxdur". "Abşeron un" dəyirmanından o da bildirildi ki, hazırda əla növ 50 kiloqramlıq un kisəsi 26.60 qəpiyə satılır. 50 kiloqramlıq birinci növ unun qiyməti isə 23 manat 80 qəpikdir. Çörəyə bərk buğda niyə qatılmır? "Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bərk buğdadan alınan undan çörək istehsalında istifadə etmirlər. Hazırda çörək istehsalında əla növ və birinci sort unlardan istifadə edilir. Bərk buğda unu zərərli hesab olunmasa da, çörəyin qurumasına və tez köhnəlməsinə səbəb olur. Həmçinin çörəyin şişməsini və qızarmasını əngəlləyir. Ona görə də çörək istehsalçıları bərk buğda unundan istifadə etmirlər. Söhrab Cabbarov son vaxtlar dünya bazarında unun qiymətinin ucuzlaşması səbəbindən çörəyin də qiymətinin aşağı salındığını söyləyib. Bildirib ki, hazırda zavod çörəyi topdansatışda 50, pərakəndə satışda 55 qəpikdir. Strateji buğda ehtiyatımız nə qədərdir? İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan qonşu ölkələrdən hər il iki milyon tona yaxın müxtəlif növ buğda idxal edir. Bunun yalnız 15-20 faizi bərk buğdanın payına düşür. Ölkəmizdə bərk buğdadan əsasən makaron istehsalında istifadə olunur. Çox cüzi şəkildə çörəklərə də bərk buğdadan alınmış undan qatılır. İqtisadçının sözlərinə görə, Azərbaycanın strateji buğda ehtiyatları var: "Ölkəmizin təxminən 230 günlük strateji buğda ehtiyatı var. Hətta dünya bazarında ciddi gərginlik olsa belə, strateji ehtiyatlardan istifadə etməklə daxili bazarda müəyyən tənzimlənməyə getmək mümkün olacaq". Məlumat üçün qeyd edək ki, Rusiyanın bərk buğda idxalına qoyduğu məhdudiyyət gələn ilin may ayının sonuna qədər qüvvədə olacaq. Şimal qonşumuz bunun yerli bazarı qorumaq tələbindən irəli gəldiyini açıqlayıb. Xatırladaq ki, Azərbaycan Rusiyadan 2022-ci ildə 776 ton, 2023-cü ilin 10 ayı ərzində isə 1447 ton bərk buğda ixrac edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476036_0:0:2731:2048_1920x0_80_0_0_2b2a758f2265ab4acbebc18535eeda43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
un, buğda, çörək, rusiya
Rusiya bərk buğda ixracına qadağa qoydu: Dəyirmanlar unun qiymətini bahalaşdıracaq?
Dəyirmanlardan bildiriblər ki, Rusiyanın ixraca tətbiq etdiyi qadağa makaron və bulka istehsalında qiymət artımına səbəb ola bilər.
BAKI, 19 dekabr — Sputnik. Rusiyanın bərk buğda ixracına qoyduğu qadağa ölkəmizdə çörəyin qiymətinə təsir etməyəcək. Bu sözləri Sputnik Azərbaycan-a ölkəmizdə un istehsalı ilə məşğul olan dəyirmanlardan bildiriblər.
Makaronun və bulkanın qiyməti arta bilər
"Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a bildirib ki, bərk buğda çörək istehsalına yaramır. Belə buğdadan alınan undan əsasən makaron və bulka istehsalında istifadə olunur. Ona görə də, Rusiyanın ixraca tətbiq etdiyi qadağa makaron və bulka istehsalında qiymət artımına səbəb ola bilər.
"Çörək unu istehsal edənlərə bir problem yaranmayacaq. Unun qiyməti dəyişməz qalacaq. Bizə hazırda Rusiyadan buğdanın bir tonu 210-215 ABŞ dollarına başa gəlir. Hələ qiymətlərdə ucuzlaşma var. İlin əvvəli ilə müqayisədə buğda bizə 15-20 dollar ucuz başa gəlir" - V.Ələsgərov deyib.
O, əlavə edib ki, hazırda əla növ 50 kiloqramlıq un kisəsinin qiyməti topdansatışda 26 manatdır.
"Abşeron un" dəyirmanından da Sputnik Azərbaycan-a bildirilib ki, Rusiyanın ixraca tətbiq etdiyi qadağa buğda qıtlığı yaratmayacaq: "Xalq arxayın ola bilər, dəyirmanlarda buğda çatışmazlığı olmayacaq. Bizim dəyirman öz ehtiyatını görüb. Nə qədər lazımdırsa buğdamız var. Ona görə də idxaldan asılı vəziyyətimiz yoxdur".
"Abşeron un" dəyirmanından o da bildirildi ki, hazırda əla növ 50 kiloqramlıq un kisəsi 26.60 qəpiyə satılır. 50 kiloqramlıq birinci növ unun qiyməti isə 23 manat 80 qəpikdir.
Çörəyə bərk buğda niyə qatılmır?
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bərk buğdadan alınan undan çörək istehsalında istifadə etmirlər. Hazırda çörək istehsalında əla növ və birinci sort unlardan istifadə edilir. Bərk buğda unu zərərli hesab olunmasa da, çörəyin qurumasına və tez köhnəlməsinə səbəb olur. Həmçinin çörəyin şişməsini və qızarmasını əngəlləyir. Ona görə də çörək istehsalçıları bərk buğda unundan istifadə etmirlər.
Söhrab Cabbarov son vaxtlar dünya bazarında unun qiymətinin ucuzlaşması səbəbindən çörəyin də qiymətinin aşağı salındığını söyləyib. Bildirib ki, hazırda zavod çörəyi topdansatışda 50, pərakəndə satışda 55 qəpikdir.
Strateji buğda ehtiyatımız nə qədərdir?
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan qonşu ölkələrdən hər il iki milyon tona yaxın müxtəlif növ buğda idxal edir. Bunun yalnız 15-20 faizi bərk buğdanın payına düşür. Ölkəmizdə bərk buğdadan əsasən makaron istehsalında istifadə olunur. Çox cüzi şəkildə çörəklərə də bərk buğdadan alınmış undan qatılır.
İqtisadçının sözlərinə görə, Azərbaycanın strateji buğda ehtiyatları var: "Ölkəmizin təxminən 230 günlük strateji buğda ehtiyatı var. Hətta dünya bazarında ciddi gərginlik olsa belə, strateji ehtiyatlardan istifadə etməklə daxili bazarda müəyyən tənzimlənməyə getmək mümkün olacaq".
Məlumat üçün qeyd edək ki, Rusiyanın bərk buğda idxalına qoyduğu məhdudiyyət gələn ilin may ayının sonuna qədər qüvvədə olacaq. Şimal qonşumuz bunun yerli bazarı qorumaq tələbindən irəli gəldiyini açıqlayıb.
Xatırladaq ki, Azərbaycan Rusiyadan 2022-ci ildə 776 ton, 2023-cü ilin 10 ayı ərzində isə 1447 ton bərk buğda ixrac edib.