SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi  - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.
BAKI, 19 dekabr — Sputnik. Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, iclasın gündəliyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması, YAP səlahiyyətli nümayəndələrinin qeydə alınması və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0