https://sputnik.az/20231219/herbi-qulluqcularin-pensiyaya-cixmasi-ucun-xidmetkecme-telebi-20-ilden-25-ile-qaldirilir-461417444.html
Hərbi qulluqçuların pensiyaya çıxması üçün xidmətkeçmə tələbi 20 ildən 25 ilə qaldırılır
Hərbi qulluqçuların pensiyaya çıxması üçün xidmətkeçmə tələbi 20 ildən 25 ilə qaldırılır
Sputnik Azərbaycan
Deputat deyir ki, bu dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya... 19.12.2023, Sputnik Azərbaycan
2023-12-19T15:03+0400
2023-12-19T15:03+0400
2023-12-19T15:03+0400
hərbi
hərbi
xidmət
hərbi qulluqçu
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456298481_0:161:3071:1888_1920x0_80_0_0_2bc813a419028e8679bec36270d9c95d.jpg
BAKI, 19 dekabr-Sputnik. Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu qanun layihəsi barədə məlumat verib. O, qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər. Nəzərə çatdırılıb ki, dövlət vəsaiti hesabına təhsil almış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrini gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək. Layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsini nəzərdə tutan dəyişikliyin gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi baxımından məqsədəmüvafiq olduğu bildirilib. Qeyd edilib ki, sənəddə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində hərbi xidmətdə olmalarının təmin edilməsi, onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır. Diqqətə çatdırılıb ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Bu dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Qeyd olunub ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövr üçün qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif olunur. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğu deyilib. Bildirilib ki, sənədə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək. Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb. O, ordunun bilikli, peşəkar, təcrübəli kadrlarla təmin edilməsinin əhəmiyyətini, bu kadrların yetişdirilməsi üçün lazımı şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, təqdim olunan qanun layihəsinin ordumuzun daha da gücləndirilməsi, ölkənin Silahlı Qüvvələrinin peşəkar kadrlarla komplektləşdirilməsi, hərbçilərin təhsil, xidmətkeçmə, sosial müdafiə və pensiya təminatı sahələrində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını söyləyib. Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları 20 faiz artırılacaq Xatırladaq ki, müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq noyabrın 29-da Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib. Müdafiə Nazirliyindən bildiriblər ki, toplanışda çıxış edən idarə rəisi polkovnik Elçin Əliyev il ərzində görülən işlərdən geniş söhbət açıb, hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni qanun layihələri barədə toplantı iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun daha da güclənməsi məqsədilə hazırlanan yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir. Hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına uyğun təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları olduğundan yeni qanun layihələrində onların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla, peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təhsil imkanlarının daha da genişləndirilməsi təklif edilir. Eyni zamanda, təhsil dövrlərinin onların öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil edilməməsi təklif olunub ki, bununla da dövlət tərəfindən təhsilinə zaman və resurs sərf edilmiş həmin hərbi qulluqçuların əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradılması da nəzərdə tutulub. Qanun layihələrində həmçinin gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır. Yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub. Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib. Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub. Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub. İdarə rəisi bildirib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456298481_170:0:2901:2048_1920x0_80_0_0_1e3142cfcf6bd2822f7a68abb8474094.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərbi, xidmət, hərbi qulluqçu
hərbi, xidmət, hərbi qulluqçu
Hərbi qulluqçuların pensiyaya çıxması üçün xidmətkeçmə tələbi 20 ildən 25 ilə qaldırılır
Deputat deyir ki, bu dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.
BAKI, 19 dekabr-Sputnik. Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu qanun layihəsi barədə məlumat verib. O, qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Nəzərə çatdırılıb ki, dövlət vəsaiti hesabına təhsil almış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrini gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək.
Layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsini nəzərdə tutan dəyişikliyin gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi baxımından məqsədəmüvafiq olduğu bildirilib.
Qeyd edilib ki, sənəddə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində hərbi xidmətdə olmalarının təmin edilməsi, onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
Diqqətə çatdırılıb ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Bu dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Qeyd olunub ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövr üçün qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif olunur.
Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğu deyilib. Bildirilib ki, sənədə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb. O, ordunun bilikli, peşəkar, təcrübəli kadrlarla təmin edilməsinin əhəmiyyətini, bu kadrların yetişdirilməsi üçün lazımı şəraitin yaradılmasının vacibliyini qeyd edib. O, təqdim olunan qanun layihəsinin ordumuzun daha da gücləndirilməsi, ölkənin Silahlı Qüvvələrinin peşəkar kadrlarla komplektləşdirilməsi, hərbçilərin təhsil, xidmətkeçmə, sosial müdafiə və pensiya təminatı sahələrində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını söyləyib.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları 20 faiz artırılacaq
Xatırladaq ki, müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq noyabrın 29-da Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Müdafiə Nazirliyindən bildiriblər ki, toplanışda çıxış edən idarə rəisi polkovnik Elçin Əliyev il ərzində görülən işlərdən geniş söhbət açıb, hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni qanun layihələri barədə toplantı iştirakçılarına geniş məlumat verib.
Bildirilib ki, ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun daha da güclənməsi məqsədilə hazırlanan yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir. Hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına uyğun təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları olduğundan yeni qanun layihələrində onların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla, peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təhsil imkanlarının daha da genişləndirilməsi təklif edilir.
Eyni zamanda, təhsil dövrlərinin onların öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil edilməməsi təklif olunub ki, bununla da dövlət tərəfindən təhsilinə zaman və resurs sərf edilmiş həmin hərbi qulluqçuların əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradılması da nəzərdə tutulub.
Qanun layihələrində həmçinin gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır. Yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub.
Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib.
Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub.
Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.
İdarə rəisi bildirib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.