https://sputnik.az/20231219/cinin-simal-qerbinde-bas-veren-zelzele-qurbanlarinin-sayi-118-e-catib-461409579.html
Çinin şimal-qərbində baş verən zəlzələ qurbanlarının sayı 118-ə çatıb
Çinin şimal-qərbində baş verən zəlzələ qurbanlarının sayı 118-ə çatıb
Sputnik Azərbaycan
Çin səlahiyyətliləri, Qansu əyalətində baş verən zəlzələlərdən sonra, birincinin ən yüksək olduğu zəlzələ üçün dörd fövqəladə reaksiya səviyyəsindən ikincisini... 19.12.2023, Sputnik Azərbaycan
2023-12-19T11:01+0400
2023-12-19T11:01+0400
2023-12-19T11:07+0400
dünya xəbərləri
çin
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461406741_0:160:3072:1888_1920x0_80_0_0_7bb5996d9e0f0e71d0ba2305d910c80f.jpg
BAKI, 19 dekabr — Sputnik. Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 118 nəfərə çatıb. Çin Mərkəzi Televiziyası bu barədə məlumat verib. Verilən məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı xilasetmə əməliyyatları davam edir. Hazırda Qansu əyalətində ölənlərin sayı 105-ə çatıb, daha 186 nəfər yaralanıb, Çinxayda isə 13 nəfər ölüb. Çinxay əyalətində, həmçinin 20 nəfərlə əlaqə kəsilib, daha 182 nəfər isə yaralanıb. Bazar ertəsi Pekin vaxtı ilə saat 23:59-da (Bakı vaxtı ilə 19:59) Qansu əyalətinin Linxia Hui muxtar dairəsinin Lyuqou Cişişan-Baoan-Dunsian-Salar qəsəbəsində 6,2 bal gücündə silsilə təkanlar qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Çin səlahiyyətliləri, Qansu əyalətində baş verən zəlzələlərdən sonra, zəlzələ üçün birincinin ən yüksək olduğu dörd fövqəladə reaksiya səviyyəsindən ikincisini tətbiq ediblər. Çin Prezidenti Si Cinpin insanların axtarışı və xilas edilməsi, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hər cür səy göstərilməsini əmr edib. Güclü yeraltı təkanların hiss olunduğu Çinxay əyalətinin Sinin və Haydon şəhərlərində dağıntılar olub və evlərə ziyan dəyib. "Sinxua" xəbər verib ki, bir sıra yaşayış məntəqələrində su və enerji təchizatı dayandırılıb, nəqliyyat əlaqələri pozulub. Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşir. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib. Sinoptiklərin proqnozlarına görə, yaxın 10 gündə zəlzələ bölgəsində havanın temperaturu gündüz 5 dərəcəyədək yüksələcək, gecələr isə -14 dərəcəyə enəcək. Zəlzələlərin qeydə alındığı dağlıq bölgədə dəniz səviyyəsindən orta hündürlük 2 min metrdir. Zəlzələlər Çin, Hindistan və Rusiyanın digər hissələri də daxil olmaqla, bölgədəki dağ silsiləsində baş verib. Çində baş verən güclü zəlzələ Qazaxıstanda da hiss olunub Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyasının məlumatına görə, çərşənbə axşamı səhər Qazaxıstanın Almatı şəhərinin sakinləri iki bal gücündə təkanlar hiss ediblər. Zəlzələnin episentri Çində olub. "Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi 2023-cü il dekabrın 19-da Almatı vaxtı ilə 07 saat 46 dəqiqə 44 saniyədə zəlzələ qeydə alıb. Yeraltı təkanların episentri Almatı şəhərindən 347 km cənubda Çin ərazisində yerləşib", - mesajda belə deyilir. Çərşənbə axşamı Çinin Milli Meteorologiya Mərkəzi ölkənin mərkəzi və şərq bölgələrində aşağı temperaturla bağlı sarı xəbərdarlığı növbəti beş gün ərzində uzadıb. Mərkəzin proqnozuna görə, çərşənbə axşamından cümə gününə kimi Sincan-Uyğur Muxtar bölgəsi, Daxili Monqolustan, Quansi-Çjuan Muxtar Bölgəsi, eləcə də Sıçuan, Quyçjou, Quanqdun və Çuntsin şəhərlərinin bəzi ərazilərində gündəlik minimum temperatur bu dövr üçün tarixi orta səviyyədən 5 dərəcədən çox aşağı olacaq. Bəzi ərazilərdə, o cümlədən Çinin şimalında və Daxili Monqolustanda gündüz minimum temperaturun dövr üçün tarixi orta səviyyədən 7 dərəcədən çox aşağı düşəcəyi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461406741_171:0:2902:2048_1920x0_80_0_0_71b5c279e91387a647f2ee0c4c92fa7c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, zəlzələ
Çinin şimal-qərbində baş verən zəlzələ qurbanlarının sayı 118-ə çatıb
11:01 19.12.2023 (Yenilənib: 11:07 19.12.2023) Çin səlahiyyətliləri, Qansu əyalətində baş verən zəlzələlərdən sonra, birincinin ən yüksək olduğu zəlzələ üçün dörd fövqəladə reaksiya səviyyəsindən ikincisini tətbiq edib.
BAKI, 19 dekabr — Sputnik. Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 118 nəfərə çatıb. Çin Mərkəzi Televiziyası bu barədə məlumat verib.
Verilən məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı xilasetmə əməliyyatları davam edir.
Hazırda Qansu əyalətində ölənlərin sayı 105-ə çatıb, daha 186 nəfər yaralanıb, Çinxayda isə 13 nəfər ölüb.
Çinxay əyalətində, həmçinin 20 nəfərlə əlaqə kəsilib, daha 182 nəfər isə yaralanıb.
Bazar ertəsi Pekin vaxtı ilə saat 23:59-da (Bakı vaxtı ilə 19:59) Qansu əyalətinin Linxia Hui muxtar dairəsinin Lyuqou Cişişan-Baoan-Dunsian-Salar qəsəbəsində 6,2 bal gücündə silsilə təkanlar qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Çin səlahiyyətliləri, Qansu əyalətində baş verən zəlzələlərdən sonra, zəlzələ üçün birincinin ən yüksək olduğu dörd fövqəladə reaksiya səviyyəsindən ikincisini tətbiq ediblər.
Çin Prezidenti Si Cinpin insanların axtarışı və xilas edilməsi, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hər cür səy göstərilməsini əmr edib.
Güclü yeraltı təkanların hiss olunduğu Çinxay əyalətinin Sinin və Haydon şəhərlərində dağıntılar olub və evlərə ziyan dəyib.
"Sinxua" xəbər verib ki, bir sıra yaşayış məntəqələrində su və enerji təchizatı dayandırılıb, nəqliyyat əlaqələri pozulub.
Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşir. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib. Sinoptiklərin proqnozlarına görə, yaxın 10 gündə zəlzələ bölgəsində havanın temperaturu gündüz 5 dərəcəyədək yüksələcək, gecələr isə -14 dərəcəyə enəcək. Zəlzələlərin qeydə alındığı dağlıq bölgədə dəniz səviyyəsindən orta hündürlük 2 min metrdir.
Zəlzələlər Çin, Hindistan və Rusiyanın digər hissələri də daxil olmaqla, bölgədəki dağ silsiləsində baş verib.
Çində baş verən güclü zəlzələ Qazaxıstanda da hiss olunub
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyasının məlumatına görə, çərşənbə axşamı səhər Qazaxıstanın Almatı şəhərinin sakinləri iki bal gücündə təkanlar hiss ediblər. Zəlzələnin episentri Çində olub.
"Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi 2023-cü il dekabrın 19-da Almatı vaxtı ilə 07 saat 46 dəqiqə 44 saniyədə zəlzələ qeydə alıb. Yeraltı təkanların episentri Almatı şəhərindən 347 km cənubda Çin ərazisində yerləşib", - mesajda belə deyilir.
Çərşənbə axşamı Çinin Milli Meteorologiya Mərkəzi ölkənin mərkəzi və şərq bölgələrində aşağı temperaturla bağlı sarı xəbərdarlığı növbəti beş gün ərzində uzadıb. Mərkəzin proqnozuna görə, çərşənbə axşamından cümə gününə kimi Sincan-Uyğur Muxtar bölgəsi, Daxili Monqolustan, Quansi-Çjuan Muxtar Bölgəsi, eləcə də Sıçuan, Quyçjou, Quanqdun və Çuntsin şəhərlərinin bəzi ərazilərində gündəlik minimum temperatur bu dövr üçün tarixi orta səviyyədən 5 dərəcədən çox aşağı olacaq.
Bəzi ərazilərdə, o cümlədən Çinin şimalında və Daxili Monqolustanda gündüz minimum temperaturun dövr üçün tarixi orta səviyyədən 7 dərəcədən çox aşağı düşəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.