SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda keçiriləcək prezident seçkilərindən Ermənistan da qazanacaq

© AP Photo / Aziz KarimovAzərbaycanda seçkilər, arxiv şəkli
Azərbaycanda seçkilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, rəsmi Bakının Zəngəzuru Ermənistana güc tətbiq edərək alacağı ilə bağlı iddialar gerçəklikdən uzaqdır və regionda sabitliyin pozulmasında maraqlı olan dairələrin dəyirmanına su tökməkdən başqa bir şey deyil.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan olunması qərarı həm daxili, həm də xarici siyasi arenalarda əsas müzakirə mövzusu olaraq qalır. Ermənistan ictimaiyyəti də Azərbaycanda gedən daxili siyasi prosesləri maraqla izləyir. Bəzi erməni ekspertlər gələn ilin fevralında Azərbaycanda baş tutacaq növbədənkənar seçkilərlə bağlı narahat olduqlarını dilə gətirirlər.
Bəs belə bir narahatlığa əsas varmı?
Mövzu ilə bağlı politoloq Elşən Manafov millət vəkili Naqif Həmzəyev Sputnik Azərbaycan-a fikirlərini böğlüşüblər.
Politoloq Elşən Manafovun fikrincə, növbədənkənar prezident seçkilərindən sonra da Azərbaycan Ermənistanla münasibətlərini beynəlxalq hüququn müəyyən etdiyi norma və prinsiplər üzrə davam etdirəcək:
"Prezident seçkilərinin Azərbaycanın qonşu dövlətlə münasibətlərinə radikal dəyişikliklər gətirəcəyini düşünmürəm. Bu seçkilərdə prezident İlham Əliyevin növbəti dəfə siyasi opponentləri üzərində qələbə çalacağı şübhəsizdir. Bu anlamda o, Ermənistanla hazırda münasibətlərdə olan mövcud problemlərin həlli istiqamətində məqsədyönlü siyasətini davam etdirəcək. Mən burada ilk növbədə sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasi ilə bağlı amilləri nəzərdə tuturam".
Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Politoloq Elşən Manafov
Politoloq vurğulayıb ki, Azərbaycanın Ermənistana ərazi iddiaları ilə bağlı mövqeyi yoxdur: "Bu mənada Ermənistanda müxalifətə yaxın ekspertlərin rəsmi Bakının Zəngəzuru Ermənistana güc tətbiq edərək alacağı ilə bağlı iddiaları gerçəkliklərdən uzaqdır və regionda sabitliyin pozulmasında maraqlı olan dairələrin dəyirmanına su tökməkdən başqa bir şey deyil".
"Biz müharibə istəmirik, dövlət suverenliyimiz və ərazi bütövlüyümüz bərpa edildikdən sonra Ermənistanla münasibətləri güc müstəvisi üzərində qurmaq mövqeyindən uzağıq. Lakin, Ermənistan tərəfindən regionda hazırda mövcud olan sabitliyin pozulması istiqamətində hər hansı təhrikedici addımlar atılarsa, ərazi butövlüyümüzə təhdid ola biləcək mövqe sərgilənərsə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq adekvat addımlar atmaq məcburiyyətində qalacaq. Bizim mövqeyimiz bəllidir: regional əməkdaşlığın 3+3 formatında qurulmasının və genişləndirilməsinin tərəfdarıyıq, bu formatdan kənar təkliflərə isə, yalnız dövlətin milli təhlükəsizlik problemləri rakursundan yanaşa bilərik" - politoloq əlavə edib.
Millət vəkili Naqif Həmzəyev isə bildirib ki, növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin qalib gələcəyi heç kəsə sirr deyil:
"Azərbaycan dövlətinin əldə etdiyi uğurlar cəmiyyətimizin inkişafı üçün sərf olunur. Eyni zamanda ölkəmiz regional təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır. Ermənistan ictimaiyyəti bu proseslərdən narahat olmamalıdır. Ermənistan cəmiyyəti öz ölkələrinin hərbi və siyasi rəhbərliyini doğru qərarlar verməyə məcbur etməlidir. Sülhün əldə olunmasında Ermənistanın da töhfə verməsi təmin olunmalıdır. Regionda dayanıqlı inkişaf və stabilliyin təmin edilməsi Ermənistan üçün də ən doğru seçim olar. Bu baxımdan, Azərbaycanda keçiriləcək prezident seçkiləri ümumiyyətlə regionun təhlükəsizliyi üçün çox önəmlidir. Region ölkələri Azərbaycanla əməkdaşlıqdan sadəcə fayda əldə edəcəklər".
© Photo : TRENDNaqif Həmzəyev
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Naqif Həmzəyev
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.
Dekabrın 9-dan Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb.
Xəbər lenti
0