https://sputnik.az/20231219/azerbaycanda-3-universitetin-fealiyyetini-kafi-qiymetlendirdi-461409236.html
Azərbaycanda 3 universitetin fəaliyyətini kafi qiymətləndirdi
Azərbaycanda 3 universitetin fəaliyyətini kafi qiymətləndirdi
Sputnik Azərbaycan
Bu ali təhsil ocaqlarının akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il üçün uzadılmasına və 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair... 19.12.2023, Sputnik Azərbaycan
2023-12-19T13:42+0400
2023-12-19T13:42+0400
2023-12-19T13:42+0400
azərbaycan
təhsil
universitet
akkreditasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433647895_0:215:2048:1367_1920x0_80_0_0_cd8b5a5c0ea8fae728dc4b05cd4b7c61.jpg
BAKI, 19 dekabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi 3 universitetin fəaliyyətini kafi qiymətləndirib. Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, bunlar Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialıdır.Bu ali təhsil müəssisələrinin akkreditasiya nəticəsi "qismən uyğundur" və ya "uyğun deyil" kimi qiymətləndirilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il üçün uzadılmasına və 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. Qmumilikdə 2023-cü ildə 13 ali təhsil müəssisəsində (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti və ADA Universiteti) institusional akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi nəzərdə tutulub. Bu günə kimi akkreditasiya qiymətləndirməsi yekunlaşmış 7 ali təhsil müəssisəsinin (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) nəticəsi Akkreditasiya Şurası tərəfindən "əsasən uyğundur" kimi qiymətləndirilərək növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilib. Qrafikdə yer alan növbəti 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) isə akkreditasiya prosesi davam edir. Bu prosesin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub: "Həmçinin bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları" əsasında həyata keçirilən akkreditasiya prosesi 3 mərhələdən (1. Özünütəhlil hesabatının yazılması; 2. Sahə səfəri və yekun hesabatın hazırlanması; 3. Akkreditasiya Şurası tərəfindən müvafiq qərarın verilməsi) ibarətdir. Bir ali təhsil müəssisəsinin akkreditasiya prosesi isə bir neçə ay davam edir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433647895_225:0:2048:1367_1920x0_80_0_0_3a060f57a0f67ddf21ba6f5e1f0ba343.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, universitet, akkreditasiya
azərbaycan, universitet, akkreditasiya
Azərbaycanda 3 universitetin fəaliyyətini kafi qiymətləndirdi
Bu ali təhsil ocaqlarının akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il üçün uzadılmasına və 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib.
BAKI, 19 dekabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi 3 universitetin fəaliyyətini kafi qiymətləndirib. Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, bunlar Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialıdır.
Bu ali təhsil müəssisələrinin akkreditasiya nəticəsi "qismən uyğundur" və ya "uyğun deyil" kimi qiymətləndirilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il üçün uzadılmasına və 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib.
Qmumilikdə 2023-cü ildə 13 ali təhsil müəssisəsində (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti və ADA Universiteti) institusional akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu günə kimi akkreditasiya qiymətləndirməsi yekunlaşmış 7 ali təhsil müəssisəsinin (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) nəticəsi Akkreditasiya Şurası tərəfindən "əsasən uyğundur" kimi qiymətləndirilərək növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilib.
Qrafikdə yer alan növbəti 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) isə akkreditasiya prosesi davam edir. Bu prosesin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub:
"Həmçinin bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları" əsasında həyata keçirilən akkreditasiya prosesi 3 mərhələdən (1. Özünütəhlil hesabatının yazılması; 2. Sahə səfəri və yekun hesabatın hazırlanması; 3. Akkreditasiya Şurası tərəfindən müvafiq qərarın verilməsi) ibarətdir. Bir ali təhsil müəssisəsinin akkreditasiya prosesi isə bir neçə ay davam edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.