https://sputnik.az/20231219/azerbaycan-seckileri-musahide-etmek-ucun-atet-dthb-e-devet-gonderib-461417714.html
Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-ə dəvət göndərib
Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-ə dəvət göndərib
Sputnik Azərbaycan
DTİHB-nin Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi hesabatı yaxın günlərdə dərc ediləcək. 19.12.2023, Sputnik Azərbaycan
2023-12-19T14:50+0400
2023-12-19T14:50+0400
2023-12-19T14:50+0400
azərbaycan
siyasət
atət
seçki
https://cdnn1.img.sputnik.az/img/42309/59/423095944_0:160:3072:1888_1920x0_80_0_0_a40bfceedd6ceaf09cc95626157abac0.jpg
BAKI, 19 dekabr — Sputnik. Azərbaycan hökuməti növbədənkənar prezident seçkilərinin müşahidəsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) dəvət göndərib. Bu barədə APA-ya ATƏT DTİHB-nin mətbuat katibi bildirib. Seçkiqabağı mühiti və səsvermə gününə hazırlığı qiymətləndirmək üçün seçki gününə bir müddət qalmış seçkinin keçirilməli olduğu ATƏT ölkələrinə səfərlərin baş tutduğunu deyən ATƏT DTİHB-nin rəsmisi belə səfərlər zamanı mühiti qiymətləndirmək üçün hökumət rəsmiləri, seçki administrasiyası, ədliyyə sisteminin təmsilçiləri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri və media da daxil olmaqla, geniş kütlə ilə görüşlər keçirildiyini deyib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42309/59/423095944_171:0:2902:2048_1920x0_80_0_0_0778674cceff561aabbe4da8179695d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, atət, seçki
Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-ə dəvət göndərib
DTİHB-nin Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi hesabatı yaxın günlərdə dərc ediləcək.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycan hökuməti növbədənkənar prezident seçkilərinin müşahidəsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) dəvət göndərib. Bu barədə APA-ya ATƏT DTİHB-nin mətbuat katibi bildirib.
Seçkiqabağı mühiti və səsvermə gününə hazırlığı qiymətləndirmək üçün seçki gününə bir müddət qalmış seçkinin keçirilməli olduğu ATƏT ölkələrinə səfərlərin baş tutduğunu deyən ATƏT DTİHB-nin rəsmisi belə səfərlər zamanı mühiti qiymətləndirmək üçün hökumət rəsmiləri, seçki administrasiyası, ədliyyə sisteminin təmsilçiləri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri və media da daxil olmaqla, geniş kütlə ilə görüşlər keçirildiyini deyib.
"Hər bir seçki müşahidəsinə ilkin ehtiyacların qiymətləndirilməsindən sonra öz mahiyyəti üzrə qərar verilir. DTİHB-nin Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi hesabatı yaxın günlərdə dərc ediləcək", - o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınıb. 2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.