https://sputnik.az/20231218/xocavendde-mektebde-partlayici-tele-qurgusu-askarlanib-461392776.html
Xocavənddə məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb
Xocavənddə məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb
Sputnik Azərbaycan
Daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T17:08+0400
2023-12-18T17:08+0400
2023-12-18T17:08+0400
xocavənd
hərbi
anama
əl qumbarası
silah-sursat
mina
mina axtarışı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461392611_0:52:850:530_1920x0_80_0_0_fd361eb285af770a001d3683fbf5ee28.jpg
BAKI, 18 dekabr — Sputnik. Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib. Belə ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinib. Ərazini tərk edən ermənilər dinc əhaliyə zərər yetirmək məqsədilə təhsil ocağında da bu növ qurğular yerləşdirib. Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib. ANAMA bir daha vətəndaşlara çağırış edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmasınlar, tanımadıqları əşyalara toxunmasınlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461392611_67:0:774:530_1920x0_80_0_0_880d43a0b21a2938ebfa05ee7f8220b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xocavənd, anama, əl qumbarası, silah-sursat, mina, mina axtarışı
xocavənd, anama, əl qumbarası, silah-sursat, mina, mina axtarışı
Xocavənddə məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb
Daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib.
BAKI, 18 dekabr — Sputnik. Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb.
Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib.
Belə ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinib. Ərazini tərk edən ermənilər dinc əhaliyə zərər yetirmək məqsədilə təhsil ocağında da bu növ qurğular yerləşdirib. Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
ANAMA bir daha vətəndaşlara çağırış edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmasınlar, tanımadıqları əşyalara toxunmasınlar.