https://sputnik.az/20231218/saxta-tibbi-senedler-veren-qurumun-vezifeli-sexslerine-qarsi-cinayet-isi-acilib-461385210.html
Saxta tibbi sənədlər verən qurumun vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb
Saxta tibbi sənədlər verən qurumun vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb
Sputnik Azərbaycan
Milli Hematologiya və Transfuziologiya Mərkəzi əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlər hazırlayırmış. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T12:32+0400
2023-12-18T12:32+0400
2023-12-18T12:41+0400
tibb
cəmiyyət
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
əmək və əhalinin sosial müdafiə nazirliyi
hematoloq
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_0:0:3077:1731_1920x0_80_0_0_ff9432eb5122b0f842873fa00658347f.jpg
BAKI, 18 dekabr — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" publik hüquqi şəxsin əməkdaşları barədə cinayət işi başlanıb. Baş Prokurorluğun yaydığı məlumata görə, cinayət işi həmin qurumdan qanunsuz əməllər barədə daxil olmuş məlumat əsasında açılıb. Məlumata görə, aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_348:0:3077:2047_1920x0_80_0_0_019374a78d70fe8671a5320c3a0ad818.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibb, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, əmək və əhalinin sosial müdafiə nazirliyi, hematoloq
tibb, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, əmək və əhalinin sosial müdafiə nazirliyi, hematoloq
Saxta tibbi sənədlər verən qurumun vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb
12:32 18.12.2023 (Yenilənib: 12:41 18.12.2023) Milli Hematologiya və Transfuziologiya Mərkəzi əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlər hazırlayırmış.
BAKI, 18 dekabr — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" publik hüquqi şəxsin əməkdaşları barədə cinayət işi başlanıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, cinayət işi həmin qurumdan qanunsuz əməllər barədə daxil olmuş məlumat əsasında açılıb.
Məlumata görə, aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.