SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qüdrət Həsənquliyev partiyasının adını dəyişir

© Sputnik / Павел БедняковMəmurlar, arxiv şəkli
Məmurlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2023
Abunə olmaq
Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq.
BAKI, 18 dekabr — Sputnik. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda İdarə Heyəti Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürüb.
BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub. Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb.
Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq.
Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsindəki Zəfərindən, xüsusilə də sentyabın 19-da başladılan antiterror əməliyyatından, ölkəmizin suverenliyinin onun bütün ərazilərində bərpasından sonra, vaxtilə Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin qarşısına qoyduğu ilkin, xalqın arzu və istəklərindən doğan məqsədlər reallaşıb və indi ərazisi bütövləşmiş Azərbaycan Respublikasında yeni bir dövr, hüquqi dövlət, ədalətli və demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün yeni bir mərhələ başlayıb, qarşıdurma və ziddiyyətlər başa çatıb. Zamanında Azərbaycanın ərazi bütövlüyü naminə, xalq olaraq, düşmənə qarşı eyni cəbhədə savaşmaq zərurəti və bu zərurəti ifadə edən adlar özünü doğruldurdusa, artıq səngərlərə çəkilərək mücadilə aparmaq dövrü deyil, quruculuq zamanıdır. "Azərbaycan Xalq Cəbhəsi" və onun varislərindən biri olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adlarında yer alan "cəbhə" sözü isə, bəlli olduğu kimi, "səngər", qarşıdurma", "müharibə" təəsüratı yaradır. Azərbaycan dilinin izahlı lüğətində də "cəbhə" sözü birbaşa olaraq, "Düşmənlə üz-üzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt" anlamında təqdim olunur.
Bütün bunları, həmçinin "xalq cəbhəsi" söz birləşməsinin daşıdığı məzmunun, ölkəmizin bu günkü reallıqlarına uyğun gəlmədiyini nəzərə alaraq, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti təşkilatın adının dəyişdirilməsi və bu məqsədlə Partiyanın növbədənkənar qurultayının çağırılması üçün səlahiyyətli olan BAXCP Ali Məclisinə müraciət ünvanlayıb. İdarə Heyəti partiyanın Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılmasını məqsədəuyğun hesab edir.
Xəbər lenti
0