DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İngiltərədən yardımın olmaması Ukrayna SQ üçün problemlər yaradacaq

© AFP 2024 / ANATOLII STEPANOVUkrayna hərbçiləri, arxiv şəkli
Ukrayna hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2023
Abunə olmaq
Ukraynanın uzunmüddətli perspektivdə tədbirlər planlaşdırmaq imkanı yoxdur.
BAKI, 18 dekabr — Sputnik. Ukrayna hakimiyyəti İngiltərədən respublikaya yardım ayrılması ilə bağlı konkret planların olmamasından narahatdır, bu vəziyyət Ukrayna Silahlı Qüvvələri (USQ) üçün problemlər yaradır.
Bunu Ukrayna lideri Vladimir Zelenskinin anonim müşaviri "Welt"ə müsahibəsində deyib.
"Kiyevdə Londonun gələn il üçün hərbi yardımın rəsmi büdcəsini hələ açıqlamamasından narahatdırlar" - anonim müşavir bildirib.
O, izah edib ki, hazırkı vəziyyətdə Ukrayna Silahlı Qüvvələrinin öz hərəkətlərini uzunmüddətli perspektivdə planlaşdırmaq, sursat və silahları əvvəlcədən almaq imkanı yoxdur.
"Bu, öz növbəsində, hərbi əməliyyatların gedişinə təsir göstərə bilər", - deyə müşavir fikrini yekunlaşdırıb.
"CNN" bu yaxınlarda bildirib ki, Ukrayna Qərbin köməyi olmadan bir neçə ay dayanacaq və ən pis halda, məğlub ola və ya yaya qədər əhəmiyyətli dərəcədə geri çəkilə bilər.
"Financial Times"ın icmalçısı Martin Sandbu qeyd edib ki, Zelenskinin ABŞ və Avropa İttifaqına (Aİ) Kiyevə yardım etməsi üçün yalvardığı bir vaxtda ölkənin Silahlı Qüvvələri silah çatışmazlığı yaşayıb. Müəllif əlavə edib ki, Ukrayna lideri Vaşinqtondan "demək olar ki, əliboş" qayıdıb, buna görə də onun üçün "Milad bayramı şən keçməyəcək".
Xəbər lenti
0