https://sputnik.az/20231218/gelen-il-ucun-yasayis-minimumu-270-manat-olacaq---qtisadcilar-ne-dusunur-461353272.html
Gələn il üçün yaşayış minimumu 270 manat olacaq - İqtisadçılar nə düşünür?
Gələn il üçün yaşayış minimumu 270 manat olacaq - İqtisadçılar nə düşünür?
Sputnik Azərbaycan
Mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram çörək və çörək məhsulları, 54,8 kq kartof... 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T08:21+0400
2023-12-18T08:21+0400
2023-12-18T10:20+0400
manat
iqtisadiyyat
yaşayış minimumu
istehlak məhsulları
istehlak
istehlak səbəti
azərbaycan
çörək
kartof
ət
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 18 dekabr — Sputnik. Gələn il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 24 manat artırılaraq 270 manat olacaq. "Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır. "Yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır" Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır: "Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə hesablanır. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir". "Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Həmçinin yaşayış minimumundan fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında və s. istifadə olunur",-deyə o əlavə edib. "Bir sıra ölkələrdə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir" İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, yaşayış minimumunun hesablanması ilə bağlı qaydalar köhnəlib, bu, dəyişdirilməlidir: "Məsələn, bir sıra ölkələrdə ildə bir dəfə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir. Bizdə isə minimum istehlak səbətində bu, yoxdur. Ona görə də minimum istehlak səbətinin tərkibi yenidən təsdiq edilməlidir. Mövcud minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Məsələn, 4 nəfərlik ailə götürsək, adambaşına 15 dəqiqə internetdən istifadə düşür. Müasir insan isə gün ərzində 15 dəqiqədən çox internetdən istifadə edir". "Lakin birdən-birə yeni hesablama qaydaları gətirilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola bilər, minimum əməkhaqqının qaldırılmasına ehtiyac yarana bilər",-deyə o qeyd edib. Qeyd edək ki, dekabrın 5-də keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları... Xatırladaq ki, mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, məsələn, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram (kq) çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 32,9 kq ət və ət məhsulları, 150 ədəd yumurta və s. nəzərdə tutulub. Pensiyaçılar üçün illik adambaşına 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 25,6 kq ət və ət məhsulları, 100 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib. Uşaqlar üçün (0-15 yaş) illik adambaşına 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,7 kq tərəvəz və bostan məhsulları, 29,6 kq ət və ət məhsulları, 183 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, yaşayış minimumu, istehlak məhsulları, istehlak, istehlak səbəti, azərbaycan, çörək, kartof, ət, tərəvəz, natiq cəfərli, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
manat, yaşayış minimumu, istehlak məhsulları, istehlak, istehlak səbəti, azərbaycan, çörək, kartof, ət, tərəvəz, natiq cəfərli, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
Gələn il üçün yaşayış minimumu 270 manat olacaq - İqtisadçılar nə düşünür?
08:21 18.12.2023 (Yenilənib: 10:20 18.12.2023) Mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 32,9 kq ət və ət məhsulları və s. nəzərdə tutulub.
BAKI, 18 dekabr — Sputnik. Gələn il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 24 manat artırılaraq 270 manat olacaq.
"Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır.
"Yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır"
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır: "Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə hesablanır. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir".
"Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Həmçinin yaşayış minimumundan fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında və s. istifadə olunur",-deyə o əlavə edib.
"Bir sıra ölkələrdə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir"
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, yaşayış minimumunun hesablanması ilə bağlı qaydalar köhnəlib, bu, dəyişdirilməlidir: "Məsələn, bir sıra ölkələrdə ildə bir dəfə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir. Bizdə isə minimum istehlak səbətində bu, yoxdur. Ona görə də minimum istehlak səbətinin tərkibi yenidən təsdiq edilməlidir. Mövcud minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Məsələn, 4 nəfərlik ailə götürsək, adambaşına 15 dəqiqə internetdən istifadə düşür. Müasir insan isə gün ərzində 15 dəqiqədən çox internetdən istifadə edir".
"Lakin birdən-birə yeni hesablama qaydaları gətirilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola bilər, minimum əməkhaqqının qaldırılmasına ehtiyac yarana bilər",-deyə o qeyd edib.
Qeyd edək ki, dekabrın 5-də keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları...
Xatırladaq ki, mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, məsələn, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram (kq) çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 32,9 kq ət və ət məhsulları, 150 ədəd yumurta və s. nəzərdə tutulub.
Pensiyaçılar üçün illik adambaşına 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 25,6 kq ət və ət məhsulları, 100 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.
Uşaqlar üçün (0-15 yaş) illik adambaşına 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,7 kq tərəvəz və bostan məhsulları, 29,6 kq ət və ət məhsulları, 183 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.