Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Epidemioloq uşaqların qızılcaya hansı yaşlarda və necə yoluxduğunu açıqladı

© iStock.com / Marina DemidiukQızılca
Qızılca - Sputnik Azərbaycan, 1920, 18.12.2023
Abunə olmaq
Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər.
BAKI, 18 dekabr — Sputnik. Qızılca istənilən yaşda müşahidə edilə bilər.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova deyib.
Onun sözlərinə görə, lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər: "3 aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir. Xəstə insandan yoluxma səpgilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpginin yaranmasından 5 gün sonra baş verə bilər".
Mütəxəssis xatırladıb ki, infeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər.
Qeyd edək ki, qızılca kəskin infeksion virus mənşəli xəstəlik olub, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnəməsi və ləkəli-papulyoz səpkilərlə səciyyələnir. Bu xəstəliyə yalnız insanlarda rast gəlinir.
Xəbər lenti
0