Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dekabrın 19-na olan hava proqnozu açıqlanıb

© AFP 2023 / GIUSEPPE CACACEBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 18.12.2023
Abunə olmaq
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
BAKI, 18 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Xəbər lenti
0