https://sputnik.az/20231218/bolqaristan-rusiyadan-qaz-tranziti-ucun-artan-tariflerin-legvine-ses-verib-461399933.html
Bolqarıstan Rusiyadan qaz tranziti üçün artan tariflərin ləğvinə səs verib
Bolqarıstan Rusiyadan qaz tranziti üçün artan tariflərin ləğvinə səs verib
Sputnik Azərbaycan
Müvafiq qərar Boyko Borisov və ultimativ şəkildə respublikanın Şengenə daxil olmasına veto qoyacağı ilə hədələyən Macarıstanın baş naziri Viktor Orban arasında... 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T21:05+0400
2023-12-18T21:05+0400
2023-12-18T21:05+0400
qaz
dünya xəbərləri
viktor orban
bolqarıstan prezidenti boyko borisov
boyko borisov
macarıstan
bolqarıstan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862423_23:0:3664:2048_1920x0_80_0_0_af5c95fa263d165972f694b34d1c95e3.jpg
BAKI, 18 dekabr — Sputnik. Bolqarıstan parlamenti Rusiya qazının tranziti üçün artan tariflərin ləğvinə səs verib. Bolqarıstan Milli Televiziyası bu barədə xəbər verib. Bundan əvvəl məlum olub ki, Bolqarıstan Macarıstan tərəfinin tələbi ilə Rusiya qazının bütün ərazisi üzrə tranzitinə aksiz vergisini ləğv edəcək. Müvafiq qərar Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov və ultimatum verərək respublikanın Şengenə daxil olmasına veto qoyacağı ilə hədələyən Macarıstanın baş naziri Viktor Orban arasında söhbətdən sonra qəbul edilib. Xatırladaq ki, oktyabrın 13-də Bolqarıstan Rusiyadan tranzit qazın hər meqavat-saatı üçün 20 lev (10 avro) məbləğində aksiz vergisi müəyyən edib. Bolqarıstanın baş naziri Nikolay Denkov bildirib ki, Macarıstan və Serbiya Rusiya qazının idxalına qarşı sanksiyalardan istisna əldə ediblər. Tətbiq olunan tədbir, onun fikrincə, qaz bazarında rəqabəti artıracaq. "Financial Times" qəzeti Bolqarıstanın tariflərini "cəzalandırıcı" adlandırıb. Onlar, adətən fəaliyyəti məhdudlaşdırmaq üçün tətbiq edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862423_478:0:3209:2048_1920x0_80_0_0_d36d254739357819bd6f5f6ecdc0a3d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qaz, viktor orban, bolqarıstan prezidenti boyko borisov, boyko borisov, macarıstan, bolqarıstan, rusiya
qaz, viktor orban, bolqarıstan prezidenti boyko borisov, boyko borisov, macarıstan, bolqarıstan, rusiya
Bolqarıstan Rusiyadan qaz tranziti üçün artan tariflərin ləğvinə səs verib
Müvafiq qərar Boyko Borisov və ultimativ şəkildə respublikanın Şengenə daxil olmasına veto qoyacağı ilə hədələyən Macarıstanın baş naziri Viktor Orban arasında söhbətdən sonra qəbul edilib.
BAKI, 18 dekabr — Sputnik. Bolqarıstan parlamenti Rusiya qazının tranziti üçün artan tariflərin ləğvinə səs verib.
Bolqarıstan Milli Televiziyası bu barədə xəbər verib.
Bundan əvvəl məlum olub ki, Bolqarıstan Macarıstan tərəfinin tələbi ilə Rusiya qazının bütün ərazisi üzrə tranzitinə aksiz vergisini ləğv edəcək. Müvafiq qərar Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov və ultimatum verərək respublikanın Şengenə daxil olmasına veto qoyacağı ilə hədələyən Macarıstanın baş naziri Viktor Orban arasında söhbətdən sonra qəbul edilib.
Xatırladaq ki, oktyabrın 13-də Bolqarıstan Rusiyadan tranzit qazın hər meqavat-saatı üçün 20 lev (10 avro) məbləğində aksiz vergisi müəyyən edib. Bolqarıstanın baş naziri Nikolay Denkov bildirib ki, Macarıstan və Serbiya Rusiya qazının idxalına qarşı sanksiyalardan istisna əldə ediblər. Tətbiq olunan tədbir, onun fikrincə, qaz bazarında rəqabəti artıracaq.
"Financial Times" qəzeti Bolqarıstanın tariflərini "cəzalandırıcı" adlandırıb. Onlar, adətən fəaliyyəti məhdudlaşdırmaq üçün tətbiq edilir.