https://sputnik.az/20231218/baki-naxcivan-reysi-elverissiz-hava-seraitine-gore-texire-salinib--461370725.html
Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırıldı
Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırıldı
Sputnik Azərbaycan
Naxçıvanda elə vəziyyət yaranıb ki, təyyarələr aza bilər
2023-12-18T10:36+0400
2023-12-18T10:36+0400
2023-12-18T10:34+0400
azal
azərbaycan xəbərləri
aviareys
naxçıvan
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450538623_0:375:2000:1500_1920x0_80_0_0_b330cad11bb73eca92285fbaa578d4f0.jpg
BAKI, 18 dekabr - Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda QSC-nin Mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib. AZAL-dan bildirilib ki,sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə əldə edə bilərlər.17.12.23, 11:48Bakı-Naxçıvan reysi əlverişsiz hava şəraitinə görə təxirə salınıbAZAL Bakı-Naxçıvan reysini təxirə salıb.Buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan hava şəraitdir. Belə ki, bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 12:00-a kimi təxirə salınıb.Hava şəraiti ilə əlaqədar olaraq, reyslərin qarşıdakı saatlarda da gecikəcəyi istisna deyil.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.Xəbərdarlıqda deyilir:"Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50 metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450538623_0:0:2000:1500_1920x0_80_0_0_ed5c0b159078c212d66e1d2a4e8202f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvanda təyyarələr aza bilər gözəgörünməz
naxçıvanda təyyarələr aza bilər gözəgörünməz
Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırıldı
Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən gecikmişdi.
BAKI, 18 dekabr - Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib.
Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib. AZAL-dan bildirilib ki,sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə əldə edə bilərlər.
Bakı-Naxçıvan reysi əlverişsiz hava şəraitinə görə təxirə salınıb
AZAL Bakı-Naxçıvan reysini təxirə salıb.
Buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan hava şəraitdir. Belə ki, bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 12:00-a kimi təxirə salınıb.
Hava şəraiti ilə əlaqədar olaraq, reyslərin qarşıdakı saatlarda da gecikəcəyi istisna deyil.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
"Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50 metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.
Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar".