https://sputnik.az/20231218/azerbaycanda-aparici-taksi-sirketi-qiymeti-10-faiz-bahalasdirdi-461391878.html
Azərbaycanda aparıcı taksi şirkəti qiyməti 10 faiz bahalaşdırdı
Azərbaycanda aparıcı taksi şirkəti qiyməti 10 faiz bahalaşdırdı
Sputnik Azərbaycan
İki gündür şirkət sürücülərə gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms göndərib. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T15:29+0400
2023-12-18T15:29+0400
2023-12-18T15:29+0400
taksi
azərbaycan xəbərləri
gedişhaqqı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391853_0:161:3068:1887_1920x0_80_0_0_fbebb6c9d723d8e452b164d90035abc9.jpg
BAKI, 18 dek — Sputnik. Bu gündən "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. Bu barədə Sputnik Azərbaycan-a "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər. Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. "Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü Sputnik Azərbaycan-ın əməkdaşına bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir. "Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir. Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391853_169:0:2900:2048_1920x0_80_0_0_c81e30d78d8ce8551ab210569e7484e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, gedişhaqqı
Azərbaycanda aparıcı taksi şirkəti qiyməti 10 faiz bahalaşdırdı
İki gündür şirkət sürücülərə gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms göndərib.
BAKI, 18 dek — Sputnik. Bu gündən "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. Bu barədə Sputnik Azərbaycan-a "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər.
Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. "Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü Sputnik Azərbaycan-ın əməkdaşına bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir.
"Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.
Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir