https://sputnik.az/20231218/a-macaristani-ukraynaya-yardim-ucun-sesverme-huququndan-mehrum-etmek-niyyetindedir-461386094.html
Aİ Macarıstanı Ukraynaya yardım üçün səsvermə hüququndan məhrum etmək niyyətindədir
Aİ Macarıstanı Ukraynaya yardım üçün səsvermə hüququndan məhrum etmək niyyətindədir
Sputnik Azərbaycan
Avropa rəsmiləri 2007-ci il Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsinə istinad edə bilərlər. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T22:41+0400
2023-12-18T22:41+0400
2023-12-18T22:41+0400
ai
dünya xəbərləri
macarıstan
ukrayna
viktor orban
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478320_0:0:3072:1728_1920x0_80_0_0_2c66c11a9fef25dda2854c67ae3e5153.jpg
BAKI, 18 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı razılığa gəlmək üçün Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünür. Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Avropa rəsmiləri 2007-ci il Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsinə istinad edə bilərlər. Orada bildirilir ki, müəyyən ölkə Avropa qanunlarının pozulması səbəbindən səsvermə hüququndan məhrum edilə bilər. Qaydalara uyğun olaraq, Aİ daxilindəki istənilən ölkənin digər dövləti bloklamaq hüququ var. Eyni zamanda, müəlliflər qeyd ediblər ki, hazırda Avropa İttifaqı daxilində Macarıstanın "zəmanətli müdafiəçiləri" qalmayıb. Avropa İttifaqının bəzi nümayəndələri yekdil qənaətə gəliblər ki, baş nazir Viktor Orbanın səsini kəsmək əvəzinə, ona ölkənin ittifaq daxilində təcrid olunmasının "dəyərini" göstərməlidirlər. Aİ ölkələri Macarıstanın iştirakı olmadan Ukraynaya yardım göstərə bilələr, lakin bunun daha çox vaxt aparacağı və yalnız müvəqqəti həll yolu olacağı qeyd edilib. "Bəlkə Macarıstan daha çox problem yaradacaq. Bəlkə də Macarıstan bizi başqa vasitələrdən istifadə etməyə məcbur edəcək. Amma son nəticədə Macarıstan Ukraynanı vəsaitlə təmin etməyimizə mane ola bilməyəcək", - deyə "Financial Times"in həmsöhbəti etiraf edib. Bundan əvvəl Viktor Orban "Kossuth" radiosunun efirində bildirmişdi ki, Macarıstanın Ukraynanın daha 75 dəfə Avropa Birliyinə daxil olmasının qarşısını almaq imkanı olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478320_240:0:2971:2048_1920x0_80_0_0_08a4a12d113642348a2918c57f42081b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ai, macarıstan, ukrayna, viktor orban
ai, macarıstan, ukrayna, viktor orban
Aİ Macarıstanı Ukraynaya yardım üçün səsvermə hüququndan məhrum etmək niyyətindədir
Avropa rəsmiləri 2007-ci il Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsinə istinad edə bilərlər.
BAKI, 18 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı razılığa gəlmək üçün Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünür.
Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Avropa rəsmiləri 2007-ci il Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsinə istinad edə bilərlər. Orada bildirilir ki, müəyyən ölkə Avropa qanunlarının pozulması səbəbindən səsvermə hüququndan məhrum edilə bilər. Qaydalara uyğun olaraq, Aİ daxilindəki istənilən ölkənin digər dövləti bloklamaq hüququ var.
Eyni zamanda, müəlliflər qeyd ediblər ki, hazırda Avropa İttifaqı daxilində Macarıstanın "zəmanətli müdafiəçiləri" qalmayıb. Avropa İttifaqının bəzi nümayəndələri yekdil qənaətə gəliblər ki, baş nazir Viktor Orbanın səsini kəsmək əvəzinə, ona ölkənin ittifaq daxilində təcrid olunmasının "dəyərini" göstərməlidirlər.
Aİ ölkələri Macarıstanın iştirakı olmadan Ukraynaya yardım göstərə bilələr, lakin bunun daha çox vaxt aparacağı və yalnız müvəqqəti həll yolu olacağı qeyd edilib.
"Bəlkə Macarıstan daha çox problem yaradacaq. Bəlkə də Macarıstan bizi başqa vasitələrdən istifadə etməyə məcbur edəcək. Amma son nəticədə Macarıstan Ukraynanı vəsaitlə təmin etməyimizə mane ola bilməyəcək", - deyə "Financial Times"in həmsöhbəti etiraf edib.
Bundan əvvəl Viktor Orban "Kossuth" radiosunun efirində bildirmişdi ki, Macarıstanın Ukraynanın daha 75 dəfə Avropa Birliyinə daxil olmasının qarşısını almaq imkanı olacaq.