https://sputnik.az/20231217/yap-in-prezident-seckilerinde-namizedi-belli-oldu---tahir-budaqov-461243104.html
İlham Əliyevin prezidentliyə namizədliyi barədə sənədlər MSK-ya təqdim edilib
İlham Əliyevin prezidentliyə namizədliyi barədə sənədlər MSK-ya təqdim edilib
Sputnik Azərbaycan
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. 17.12.2023, Sputnik Azərbaycan
2023-12-17T12:33+0400
2023-12-17T12:33+0400
2023-12-17T16:38+0400
prezident ilham əliyev
siyasət
yap
yeni azərbaycan partiyası
https://cdnn1.img.sputnik.az/img/41470/48/414704895_0:77:2001:1202_1920x0_80_0_0_b98e1420d7514562b02f336975b2f396.jpg
BAKI, 17 dekabr — Sputnik. Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.15.12.23, 11:20Yeni Azərbaycan Partiyası prezidentliyə namizədini irəli sürdüBu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.Tədbirdə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyini açıqlayıb. Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıldığını nəzərə çatdırıb: “İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanılıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”.YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qərar qəbul ediləcək.Tədbirdə YAP İdarə Heyətinin üzvləri –Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıblar.Çıxışlardan sonra səsvermə keçirilib və İlham Əliyevin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi dəstəklənib.Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.Partiyanın seçki Qərargahının yaradılması barədə də qərar səsverməyə çıxarılaraq təsdiqlənib.Bununla da iclas yekunlaşıb.***Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.***Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir. ***Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir. İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur: - Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;- Seçkilərlə əlaqədar Qərargahın yaradılması; - Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi; - Təşkilati məsələlər.14.12.23, 10:15Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.12.12.23, 11:07YAP-ın prezident seçkilərində namizədi bəlli olduHakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq. Bu barədə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək.Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən də Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.Dekabrın 9-dan Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41470/48/414704895_146:0:1853:1280_1920x0_80_0_0_beda4ced595dff820cf445a8ec36f80e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, yap, yeni azərbaycan partiyası
prezident ilham əliyev, yap, yeni azərbaycan partiyası
İlham Əliyevin prezidentliyə namizədliyi barədə sənədlər MSK-ya təqdim edilib
12:33 17.12.2023 (Yenilənib: 16:38 17.12.2023) 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
BAKI, 17 dekabr — Sputnik. Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.
Yeni Azərbaycan Partiyası prezidentliyə namizədini irəli sürdü
Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyini açıqlayıb. Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıldığını nəzərə çatdırıb: “İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanılıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”.
YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qərar qəbul ediləcək.
Tədbirdə YAP İdarə Heyətinin üzvləri –Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıblar.
Çıxışlardan sonra səsvermə keçirilib və İlham Əliyevin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi dəstəklənib.
Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Partiyanın seçki Qərargahının yaradılması barədə də qərar səsverməyə çıxarılaraq təsdiqlənib.
Bununla da iclas yekunlaşıb.
Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:
- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.
Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.
İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.
YAP-ın prezident seçkilərində namizədi bəlli oldu
Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.
Bu barədə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək.
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən də Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.
Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.
Dekabrın 9-dan Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb.