https://sputnik.az/20231217/serbiya-rusiyadan-qaz-tedarukunu-artirmaq-niyyetindedir-461378427.html
Serbiya Rusiyadan qaz tədarükünü artırmaq niyyətindədir
Serbiya Rusiyadan qaz tədarükünü artırmaq niyyətindədir
Sputnik Azərbaycan
Qaz məsələlərinin həllində Serbiya Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığa ümid edir. 17.12.2023, Sputnik Azərbaycan
2023-12-17T22:33+0400
2023-12-17T22:33+0400
2023-12-17T22:52+0400
qaz
neft-qaz
serbiya
rusiya
tədarük
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460841027_0:0:2121:1194_1920x0_80_0_0_d501f29f26f5d0f462810b2542858ec1.jpg
BAKI, 17 dekabr - Sputnik. Serbiya Rusiyadan və yeraltı qaz anbarlarından nəql olunan qazın həcmini artırmaq istəyir.“RİA Novosti” bu barədə “Srbijaqaz” şirkətinin baş direktoru Duşan Bajatoviçə istinadən yazıb.Baş direktorun sözlərinə görə, qaz məsələlərinin həllində Serbiya Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığa ümid edir."Biz Rusiyadan alınan qazın həcmini artırmaq istəyirik, hazırda bu, əldə edilməsi mümkün olan yeganə qazdır", - dövlət şirkətinin rəhbəri vurğulayıb.Bajatoviç bildirib ki, yeraltı qaz anbarlarının genişləndirilməsi Serbiyaya, təxminən 2,5-3 milyard kubmetr qaz saxlamağa imkan verəcək. Ancaq bu, yalnız gələcəkdə baş verə bilər. “Srbijaqaz”ın baş direktoru vurğulayıb ki, görülən bütün tədbirlər zəruridir, çünki yaxın gələcəkdə Serbiyada qaz istehlakının artması gözlənilir.Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin birbaşa xətt zamanı demişdi ki, Avropada qaz çatışmazlığı Rusiyanın problemi deyil, çünki Rusiya Federasiyası qaz kəmərlərini bağlamayıb. Dövlət başçısı onu da vurğulayıb ki, Moskva qaz təchizatı baxımından etibarlı tərəfdaşdır və əvvəllər üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdə davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460841027_125:0:2010:1414_1920x0_80_0_0_19583798245f111e3f5da041bdf4cb98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qaz, serbiya, rusiya, tədarük, rusiya prezidenti vladimir putin
qaz, serbiya, rusiya, tədarük, rusiya prezidenti vladimir putin
Serbiya Rusiyadan qaz tədarükünü artırmaq niyyətindədir
22:33 17.12.2023 (Yenilənib: 22:52 17.12.2023) Qaz məsələlərinin həllində Serbiya Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığa ümid edir.
BAKI, 17 dekabr - Sputnik. Serbiya Rusiyadan və yeraltı qaz anbarlarından nəql olunan qazın həcmini artırmaq istəyir.
“RİA Novosti” bu barədə “Srbijaqaz” şirkətinin baş direktoru Duşan Bajatoviçə istinadən yazıb.
Baş direktorun sözlərinə görə, qaz məsələlərinin həllində Serbiya Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığa ümid edir.
"Biz Rusiyadan alınan qazın həcmini artırmaq istəyirik, hazırda bu, əldə edilməsi mümkün olan yeganə qazdır", - dövlət şirkətinin rəhbəri vurğulayıb.
Bajatoviç bildirib ki, yeraltı qaz anbarlarının genişləndirilməsi Serbiyaya, təxminən 2,5-3 milyard kubmetr qaz saxlamağa imkan verəcək. Ancaq bu, yalnız gələcəkdə baş verə bilər. “Srbijaqaz”ın baş direktoru vurğulayıb ki, görülən bütün tədbirlər zəruridir, çünki yaxın gələcəkdə Serbiyada qaz istehlakının artması gözlənilir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin birbaşa xətt zamanı demişdi ki, Avropada qaz çatışmazlığı Rusiyanın problemi deyil, çünki Rusiya Federasiyası qaz kəmərlərini bağlamayıb. Dövlət başçısı onu da vurğulayıb ki, Moskva qaz təchizatı baxımından etibarlı tərəfdaşdır və əvvəllər üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdə davam edir.