Bu gün hansı əlamətdar hadisələr baş verib: 17 dekabr
10:01 17.12.2023 (Yenilənib: 11:19 19.12.2023)
© Sputnik / Elnur Salayev17 dekabr

© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 17 dekabr – Sputnik. Dekabrın 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
17 dekabrda kim anadan olub?
Osman Sarıvəlli (1905-1990) - Azərbaycanın xalq şairi. Yaradıcılığında aşıq poeziyasına əsaslanıb.
Humphri Davi (1778-1829) - İngilis kimyaçısı, kənd təsərrüfatı kimyaçısı, fizik və geoloq, ixtiraçı, elektrokimyanın banilərindən biri. 1799-cu ildə Davi azot oksidi ilə sınaq keçirdi və qazın nəfəs alması onu necə güldürdüyünə təəccübləndi və buna görə də "gülmə qazı" adlandırdı.
Leonid Bronevoy (1928-2017) - rus teatr və kino aktyoru, SSRİ xalq artisti.

Leonid Bronevoy, arxiv
© Sputnik
/ Fransisk (1936) - Roma Katolik Kilsəsinin rəhbəri (2013-cü ildən), 266-cı Papa.
Svetlana Bondarçuk (1968) – rusiyalı teleaparıcı, rusiyalı rejissor Fyodor Bondarçukun keçmiş həyat yoldaşı.
Milla Jovoviç (1975) - Amerikalı aktrisa, musiqiçi, model və modelyer. O, “İki ayın birləşməsi”, “Beşinci eksperiment”, “Resident Evil”, “Kukla” filmlərindəki rolları ilə tanınır.
© AP Photo / Evan Agostinimilla jovovich

milla jovovich
© AP Photo / Evan Agostini
17 dekabrda dünyada baş verən tarixi hadisələr
1903-cü ildə Rayt qardaşları tərəfindən dünyada ilk təyyarə uçuşu ABŞ-da baş tutub. O, 260 metr uçaraq 56 saniyə havada qalıb.
1926-cı ildə SSRİ-də ilk ümumittifaq əhalinin siyahıyaalınması keçirilib.
1989-cu ildə ABŞ-ın "The Simpsons" cizgi serialının ilk bölümü yayımlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.