Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakıya sulu, rayonlara isə quru qar yağacaq

© Sputnik / Murad OrujovBakıda qarlı hava, arxiv şəkli
Bakıda qarlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2023
Abunə olmaq
Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
BAKI, 17 dekabr - Sputnik. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub-şərq küləyinə keçəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Xəbər lenti
0