https://sputnik.az/20231217/baki-pirsagi-baki-demiryolu-istiqametinde-qatarlarin-hereketi-dayandirilib-461377121.html
ADY: “Sərnişin və yük qatarlarının sürət həddi endirildi”
ADY: “Sərnişin və yük qatarlarının sürət həddi endirildi”
Sputnik Azərbaycan
Qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib. 17.12.2023, Sputnik Azərbaycan
2023-12-17T21:15+0400
2023-12-17T21:15+0400
2023-12-17T22:51+0400
qatar
hadisə
"azərişıq" asc
sumqayıt
stansiya
azərbaycan dəmir yolları
kabel
https://cdnn1.img.sputnik.az/img/07e5/03/10/426472469_0:55:1341:809_1920x0_80_0_0_afb4b0267b2e72088f1b3604ce390018.jpg
BAKI, 17 dekabr - Sputnik. ADY hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxt Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.Bu barədə ADY-dən bildirilib.“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar”.Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.***“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.ADY-nin mətbuat xidmətindən faktı "Report"a təsdiq ediblər.Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/10/426472469_0:0:1115:836_1920x0_80_0_0_fd0e0ef9e6cbf9ef4517d6ccc944ad73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qatar, "azərişıq" asc, sumqayıt, stansiya, azərbaycan dəmir yolları, kabel
qatar, "azərişıq" asc, sumqayıt, stansiya, azərbaycan dəmir yolları, kabel
ADY: “Sərnişin və yük qatarlarının sürət həddi endirildi”
21:15 17.12.2023 (Yenilənib: 22:51 17.12.2023) Qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.
BAKI, 17 dekabr - Sputnik. ADY hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxt Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.
Bu barədə ADY-dən bildirilib.
“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar”.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.
“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.
ADY-nin mətbuat xidmətindən faktı "Report"a təsdiq ediblər.
Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.
Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.