https://sputnik.az/20231216/turkiye-taxil-muqavilesini-yenilemek-tesebbuslerini-davam-etdirir---mn-461366999.html
Türkiyə taxıl müqaviləsini yeniləmək təşəbbüslərini davam etdirir - MN
Türkiyə taxıl müqaviləsini yeniləmək təşəbbüslərini davam etdirir - MN
Sputnik Azərbaycan
Nazir Görüş Qara dənizdə mina təhlükəsi ilə mübarizə məqsədilə 2024-cü il yanvarında İstanbulda Bolqarıstan, Rumıniya və Türkiyəninmüdafiə nazirlərinin... 16.12.2023, Sputnik Azərbaycan
2023-12-16T19:41+0400
2023-12-16T19:41+0400
2023-12-16T19:41+0400
dünya xəbərləri
türkiyə
taxıl
saziş
mina
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1c/456358394_0:160:3072:1888_1920x0_80_0_0_a7ef4dcf97c8d435aaaef1f2d72c2c7a.jpg
BAKI, 16 dekabr - Sputnik. Türkiyə taxıl müqaviləsini canlandırmaq üçün addımlar atmağa davam edir. TASS xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.Yaşar Gülər Türkiyənin “Qara dənizdə tarazlığı təmin edən Montrö Boğazları Konvensiyasını məsuliyyətli və qərəzsiz şəkildə yerinə yetirdiyinə” də diqqət çəkib.Nazir əlavə edib ki, noyabrın 22-23-də Türkiyədə Qara Dəniz Minalarla Mübarizə Qrupunun iclaslarının üçüncü raundu keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1c/456358394_171:0:2902:2048_1920x0_80_0_0_266a59fd5aea3bb8b49dd5fdd51844e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, taxıl, saziş, mina
türkiyə, taxıl, saziş, mina
Türkiyə taxıl müqaviləsini yeniləmək təşəbbüslərini davam etdirir - MN
Nazir Görüş Qara dənizdə mina təhlükəsi ilə mübarizə məqsədilə 2024-cü il yanvarında İstanbulda Bolqarıstan, Rumıniya və Türkiyəninmüdafiə nazirlərinin iştirakı ilə müvafiq sazişin imzalanmasından da danışıb.
BAKI, 16 dekabr - Sputnik. Türkiyə taxıl müqaviləsini canlandırmaq üçün addımlar atmağa davam edir. TASS xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.
“Ümid edirik ki, bütün dünyaya təsir edən bu müharibə (Ukraynadakı münaqişə - TASS-ın qeydi) mümkün qədər tez başa çatacaq. Ölkəmizin koordinasiyası ilə bağlanmış və səmərəliliyinə görə ərzaq böhranının aradan qaldırılmasına böyük töhfə vermiş Qara dəniz taxıl sazişinin yenilənməsi istiqamətində öz tərəfimizdən təşəbbüslər həyata keçirməyə davam edirik”, - deyə CNN Türk telekanalı nazirə istinadən xəbər verib.
Yaşar Gülər Türkiyənin “Qara dənizdə tarazlığı təmin edən Montrö Boğazları Konvensiyasını məsuliyyətli və qərəzsiz şəkildə yerinə yetirdiyinə” də diqqət çəkib.
Nazir əlavə edib ki, noyabrın 22-23-də Türkiyədə Qara Dəniz Minalarla Mübarizə Qrupunun iclaslarının üçüncü raundu keçirilib.
“Görüş Qara dənizdə mina təhlükəsi ilə mübarizə məqsədilə irəli sürdüyümüz üçtərəfli təşəbbüs çərçivəsində keçirilib. Biz 2024-cü il yanvarın 11-də İstanbulda üç ölkənin (Bolqarıstan, Rumıniya və Türkiyənin - TASS-ın qeydi) müdafiə nazirlərinin iştirakı ilə [müvafiq sazişin] imzalanma mərasimini keçirməyi planlaşdırırıq”, - deyə türkiyəli nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.