https://sputnik.az/20231216/sputnik-in-kecmis-redaktorunun-estoniyada-saxlanmasi-meneviyyatsizliqdir---xn---461365888.html
Sputnik-in keçmiş redaktorunun Estoniyada saxlanması mənəviyyatsızlıqdır - XİN
Sputnik-in keçmiş redaktorunun Estoniyada saxlanması mənəviyyatsızlıqdır - XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyi Sputnik Media-nın keçmiş redaktorunun Estoniyada saxlanılmasını şərh edib. 16.12.2023, Sputnik Azərbaycan
2023-12-16T17:46+0400
2023-12-16T17:46+0400
2023-12-16T18:20+0400
rusiya
rusiya
sputnik
həbs
redaktor
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 16 dekabr - Sputnik. Sputnik Media-nın keçmiş redaktoru Allan Hantsomun Estoniya polisi tərəfindən saxlanılması Tallinin arzuolunmaz fəallara qarşı mübarizəyə yönəlmiş mənəviyyatsızlığın təzahürüdür. Bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş şərhində deyilir.Diplomat Hantsomun həbs olunduğu gün “iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edildiyinə” diqqət çəkib.“Məlumatlara görə, o, “Estoniyaya qarşı kəşfiyyat fəaliyyəti” və “Rusiya ilə əlaqələri saxlamaqda” ittiham olunur", - deyə Zaxarova bildirib.Zaxarova həmçinin vurğulayıb ki, Estoniya beləliklə, “müxalifətdən tamamilə “təmizləmək” və rusofobik hissləri qızışdırmaqla Qərb kuratorlarının rəğbətini qazanmağa” çalışır.Xatırladaq ki, 2022-ci il dekabrın sonunda “Sputnik Litva”nın baş redaktoru Marat Kasem Latviyada saxlanılıb. 2023-cü il yanvarın 5-də Riqa məhkəməsi jurnalisti həbs edib.Rusiya Xarici İşlər Nazirliyi Kasemin saxlanmasını prinsiplərə sadiqliyinə və müxalif fikirlərə qarşı terrora görə diktatura rejimlərinin qisası adlandırıb.“Rassiya Seqodnya”nın baş direktoru Dmitri Kiselyovun sözlərinə görə, bütün bunlar Avropanın qanunsuzluğu kontekstində baş verir, “şəxs peşəkar jurnalist fəaliyyətinə, tutduğu vəzifəyə və yaydığı məlumata görə həbs oluna bildiyi zaman”.Kasem Latviyanı yalnız bu ilin iyulunda tərk edə bilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230726/marat-kasem-latviyani-terk-edib---zaxarova-457134938.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, sputnik, həbs, redaktor
rusiya, sputnik, həbs, redaktor
Sputnik-in keçmiş redaktorunun Estoniyada saxlanması mənəviyyatsızlıqdır - XİN
17:46 16.12.2023 (Yenilənib: 18:20 16.12.2023) Rusiya Xarici İşlər Nazirliyi Sputnik Media-nın keçmiş redaktorunun Estoniyada saxlanılmasını şərh edib.
BAKI, 16 dekabr - Sputnik. Sputnik Media-nın keçmiş redaktoru Allan Hantsomun Estoniya polisi tərəfindən saxlanılması Tallinin arzuolunmaz fəallara qarşı mübarizəyə yönəlmiş mənəviyyatsızlığın təzahürüdür. Bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş şərhində deyilir.
Diplomat Hantsomun həbs olunduğu gün “iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edildiyinə” diqqət çəkib.
“Məlumatlara görə, o, “Estoniyaya qarşı kəşfiyyat fəaliyyəti” və “Rusiya ilə əlaqələri saxlamaqda” ittiham olunur", - deyə Zaxarova bildirib.
“Estoniya məxfi polisinin bu cür sui-istifadələri milli təhlükəsizliyi qorumaq adı altında xüsusi xidmət orqanlarının ciddi təzyiqlərinə baxmayaraq nümayişi davam etdirən arzuolunmaz müstəqil fəallarla hesablaşmaya çalışan rəsmi Tallinin kinsizliyinin növbəti təzahürüdür. ölkələrimiz arasında praqmatik qarşılıqlı fəaliyyət qurmağa hazırdırlar”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
Zaxarova həmçinin vurğulayıb ki, Estoniya beləliklə, “müxalifətdən tamamilə “təmizləmək” və rusofobik hissləri qızışdırmaqla Qərb kuratorlarının rəğbətini qazanmağa” çalışır.
“Aydındır ki, media plüralizmi və jurnalistlərin qanuni hüquqları Estoniyanın siyasi elitasını yalnız Rusiya ilə bağlı təxribat xarakterli təlqinlərin yayılması baxımından narahat edir”, - deyə diplomat fikrini yekunlaşdırıb.
Xatırladaq ki, 2022-ci il dekabrın sonunda “Sputnik Litva”nın baş redaktoru Marat Kasem Latviyada saxlanılıb. 2023-cü il yanvarın 5-də Riqa məhkəməsi jurnalisti həbs edib.
Rusiya Xarici İşlər Nazirliyi Kasemin saxlanmasını prinsiplərə sadiqliyinə və müxalif fikirlərə qarşı terrora görə diktatura rejimlərinin qisası adlandırıb.
“Rassiya Seqodnya”nın baş direktoru Dmitri Kiselyovun sözlərinə görə, bütün bunlar Avropanın qanunsuzluğu kontekstində baş verir, “şəxs peşəkar jurnalist fəaliyyətinə, tutduğu vəzifəyə və yaydığı məlumata görə həbs oluna bildiyi zaman”.
Kasem Latviyanı yalnız bu ilin iyulunda tərk edə bilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.